Azərbaycanda kimi çox sevirlər - "Qarabağ"ı, yoxsa "Neftçi"ni?

26 May 2023 01:20 Premyerliqa 2 180
Azərbaycanda kimi çox sevirlər - "Qarabağ"ı, yoxsa "Neftçi"ni?

Dünyada milyardlarla sosial media istifadəçisi var.

Bu, dövrümüzün tələblərindən biridir.

Sosial şəbəkələrin özü artıq kiçik dünya hesab edilir. Buranın öz qaydaları, rutinləri var. Hər bir sahə kimi sosial medianın da müsbət və mənfi tərəfləri var.

Üstün cəhətlərdən biri sürətli informasiya mübadiləsini təmin edilməsidir. Hansısa insan, qurum, təşkilat qısa zaman kəsiyində böyük kütlə ilə əlaqə qura bilər. İdman da bu sahədən faydalanır.

İdmançıların, klubların, cəmiyyətlərin və azarkeşlərin sosial mediada çox sayda izləyiciləri var. Azərbaycan idmanı da sosial şəbəkələrdə aktiv şəkildə təbliğ olunur.

Bu sarıdan futbol klubları daha aktiv görünürlər. İstifadəçi sayları da az deyil.

Ölkəmizin sosial şəbəkələrdəki ən populyar klubu “Qarabağ”dır. Ağdamlıların bu göstəricidə lider olması təsadüf deyil. “Köhlən atlılar”ın Azərbaycanı avrokuboklarda daimi olaraq təmsil etməsi bu məsələdə böyük rol oynayır. Çempionumuzu başqa ölkələrdən diqqətdə saxlayan insanların sayı da az deyil. “Qarabağ”ın “Instagram”dakı səhifəsinin izləyici sayı 400 mindən çoxdur.

İkinci sırada “Neftçi” qərarlaşıb. Paytaxt təmsilçisi əzəli rəqibi “Qarabağ”dan bu göstəricidə aşkar fərlə geri qalır. Sosial şəbəkələrin aktiv klublarından olan “ağ-qaralar”ın “Facebook”da 170 mindən çox izləyicisi var. “Qəbələ”ni də sosial mediada izləyənlərin sayı az deyil. Əyalət təmsilçisinin tarixi titullarla zəngin olmasa da, avrokuboklarda uğurları az olmayıb. Aşağıda gördyünüz rəqəmlərin yüksək olmasının əsas səbəblərindən biri də məhz budur.

Premyer Liqanın gümüş medallarını qazanan “Sabah” da sosial mediada aktiv və sevilən klublardan biridir. Xüsusilə bu mövsüm komandanın baxımlı oyun nümayiş etdirməsi və “Beşiktaş”la xeyriyyət matçının təşkili izləyici sayının artmasında mühüm rol oynayıb. Bu mövsüm elitada qalmaq uğrunda mübarizə aparan “Səbail”in də izləyici kütləsi az deyil. “Dənizçilər”in heyətində bir vaxtlar Maykl Essyen kimi ulduz futbolçunun çıxış etməsi mühüm rol oynayıb. Bundan əlavə, qvatemalalı qolkiper Nikolas Hagenin transferindən sonra həmyerliləri paytaxt təmsilçisinin sosial şəbəkə hesablarına axın etmişdilər. Sözügedən futbolçuların gedişindən xeyli vaxt keçsə də, bu məqam “Səbail”in sosial şəbəkə hesablarına elə də mənfi təsir etməyib.

Sonrakı pillələrdə qərarlaşan klublardan “Zirə”də diqqət çəkən məqam var. Klubun “Instagram” səhifəsinin izləyici sayı “Facebook”la müqayisədə təqribən 7 dəfə çoxdur. Bu mövsümün debütantları və bölgə təmsilçiləri olan “Turan Tovuz”la “Kəpəz”in sosial şəbəkə hesablarını elə də çox insan izməmir. Gəncə təmsilçisinin “Instagram” səhifəsi bir qədər üstündür.

Komanda

Facebook

Instagram

Qarabağ

202013

470116

Neftçi

171981

103427

Qəbələ

115042

44517

Zirə

11993

75229

Sabah

37115

28692

Səbail

32816

20573

Şamaxı

12545

9892

Kəpəz

6454

15375

Sumqayıt

12781

5927

Turan Tovuz

8504

5838

Azərbaycan klublarının sosial şəbəkələrdəki fəaliyyəti təkcə “Instagram” və “Facebook”u əhatə etmir. Premyer Liqa təmsilçilərinin bir qisminin rəsmi “Twitter” və “Tik-tok” hesabları da var. Sonuncuda daha əyləncəli mövzular paylaşılır. Bundan başqa, klublarımız “Youtube”da da aktivdirlər. Onlardan ən öndə olanı “Qarabağ”la “Neftçi”dir. “Köhlən atlar”ın 73,8 min abunəçisi varsa, televiziya kanalı olan “ağ-qaralar”da bu rəqəm 2 dəfə azdır – 39,3 min.

Heybət Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"