Tanınmış azərbaycanlı futbolçudan heç vaxt etmədiyi SƏMİMİ ETİRAFLAR!

2 Fevral 2023 20:00 Müsahibə 1 207
Tanınmış azərbaycanlı futbolçudan heç vaxt etmədiyi SƏMİMİ ETİRAFLAR!

Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev 16 illik peşəkar futbolçu karyerasını başa vurdu.

Premyer Liqada 2006-cı ildə, 17 yaşında debüt edən ucaboy forvard sevib-seçdiyi sənətlə 33 yaşında Birinci Divizionda mübarizə aparan “Kəpəz-2”də vidalaşdı.

Rauf ölkə futbol tarixində bütün imkanları klubların sıralarında olmuş yeganə futbolçudur. Harada pul və iddia olubsa, Əliyev ora getməyə razılıq verib: “Qarabağ”, “Neftçi”, “Bakı”, “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter” (indiki “Şamaxı”).

Birvaxtlar Azərbaycan yığmasının əvəzolunmaz hücumçularından hesab olunan veteran futbolçu ilə səmimi söhbət çoxdankı planlarıma daxil olsa da, karyerasını başa vurması ilə bağlı verdiyi qərar yerinə düşdü.

Odur ki, Raufla təxminən yarım saatı əhatə edən söhbətdə karyerasına nəzər salıb çoxlarını maraqlandıran suallara cavab tapmağa çalışdım. Bəzi sualların cavabında “kartları açmaq” istəmədi. Amma yenə də hansısa məsələlərə aydınlıq gətirdi.

(ilk yazının linki burada - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/161885.html)

- Nədir o 1-2 şey?

- Bəzi işlərim var, dost-qardaş məşğul olur. Elə də böyük biznes deyil.

- Karyeranda ən bahalı müqavilən hansı klubda olub?

- 2-3 klubda.

- Ən çox hansında?

- “Xəzər Lənkəran”da, “Bakı”da, “Qarabağ”da, hətta “Neftçi”də də aşağı-yuxarı bənzər rəqəmlər olub.

- Sən və sənin kimi milli karyerası olan futbolçular üçün vida oyunu keçirilməlidir?

- Mənim fikrimi bilmək istəyirsizsə, tərəfdarı deyiləm.

- Niyə?

- Nə bilim, vallah. O səviyyədə futbolçu olmamışıq ki, bizim üçün vida oyunu keçirilsin. Bunu öz adımdan deyirəm, bəlkə kimsə başqa cür düşünür. Hə, uzun illər millidə oynamışıq, üzdə olan klublarda çıxış etmişik, Azərbaycanda tanınmışıq, amma baxımlı Avropa karyeramız olmayıb axı. Yaxşı legioner həyatı yaşasaydıq, bu haqda fikirləşmək olardı. Öz aramızdır, bu gün futbolumuzun səviyyəsi də o deyil axı kimin üçünsə vida oyunu keçirilsin.

- Payızdan bu yana gündəmdə olmağının əsas səbəbkarı məlum hadisələrə görə Tərlan Əhmədov idi. Onunla münaqişənin, soyuqluğun əsası harda qoyulmuşdu? Niyə “Kəpəz”ə gələn kimi səni əsas komandadan kənarlaşdırdı?

- İndiyə qədər heç vaxt onunla işləməmişdim. Demək olar münasibətimiz də yox idi.

- Eşitdiyimə görə, məclislərin birində yanından düz keçmisən, onunla görüşməmisən.

- Elə bir münasibətimiz olmayıb axı yaxınlaşıb görüşüm, danışım. Bəlkə də hardasa görəndə salam verib keçmişəm. İlk dəfə “Kəpəz”də yaxından üz-üzə gəldik, görüşdük.

- “Səbail” – “Kəpəz” oyununda Mahmud Qurbanovla aranızda yaşanan münaqişədən sonra söhbətiniz oldu?

- Hər şey orda bitdi. Açığı, o mövzuya qayıtmaq istəmirəm. Bir onu deyə bilərəm ki, xoş olmayan şeylər idi.

- Sonradan peşman oldun?

- Xeyr. Çünki əksəriyyət mənim düz olduğumu dedi.

- Karyeranın parlaq dönəmində adın Almaniyanın ikinci Bundesliqa təmsilçisi “Qröyter Fürt”lə hallanırdı.

- Hə, elə bir şey var idi.

- Keçidin rəsmiləşməsinə kim və ya nə əngəl oldu?

- Vallah, detalları bilmirəm. “Qarabağ”da və yığmada oynadığım vaxtlar idi, 23-24 yaşım vardı. Almaniyadan soruşmuşdular, maraqlanmışdılar. Bir menecer var idi, ona demişdilər, o da bizə demişdi. Mən tərəfdən heç bir problem yox idi, getməyə hazır idim. Sadəcə, sonradan ortaya maliyyə, yoxsa nə iləsə bağlı problem çıxdı. Deyəsən, agent razılaşa bilməmişdi onlarla.

- Oynaya bilərdin orda?

- Həmin dövr üçün ikinci Bundesliqada oynamaq? Məncə, bacarardım, bəlkə də çətin olardı. Gedib oynamamış heç nə demək olmur axı.

- Bəs, Rusiya Premyer Liqasında, Türkiyə Super Liqasında?

- Öz adımdan danışmaq yekəxanalıq olar. Ümumi Azərbaycan futbolunun adından deyirəm ki, bu gün millidə oynayan futbolçular Super Liqada rahat çıxış edə bilər. Baxırıq, görürük də, Super Liqanın səviyyəsi inanılmaz dərəcədə yüksək deyil. Açıq danışaq, Afrikanın hansısa ölkəsindən sıradan futbolçu gəlib orada ulduz olur. Bizimkilər niyə oynamasın?

- Vaxtilə millidə böyük məbləğlərdə mükafatlar paylanırdı ki, həmin “bulağdan su içənlərdən” biri də sən olmusan. Səncə, heç-heçəyə görə 20, 4 xala görə 60 min manat verilməsi doğru qərar idi?

- Nə bilim, nə deyim axı? Mən futbolçu idim, futbolumu oynayırdım, işimi görürdüm. Mükafatla bağlı qərar verən mən olmamışam deyə, fikir bildirməyim düzgün olmaz. Bundan sonra da futbolun içində olacam. Ona görə də suala cavab verməmək istəyimi anlayışla qarşılamağınızı istəyirəm.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti