“Neftçi”nin prezidentindən yaxşı biznesmen olardı” – DƏHŞƏTLİ AÇIQLAMALAR!

13 Mart 2022 13:00 Müsahibə 3 469
“Neftçi”nin prezidentindən yaxşı biznesmen olardı” – DƏHŞƏTLİ AÇIQLAMALAR!

Vaxtilə “Neftçi”nin formasını tərlətmək arzu olsa da, bu, hər futbolçuya qismət olmurdu.

Lakin son illər klub rəhbərliyində təmsil olunanların səriştəsizliyi “məmə” deyəndən “pəpə” yeyənə qədər – çoxlarına qismət oldu.

Xüsusən 2 il əvvələ qədər vəziyyət biabırçı həddə çatmışdı. Lazımsız legionerlər, bacarıqsız yerlilər “Neftçi” formasını geyinməklə yadda qaldı. Bir çoxu da komandaya fayda vermədən çantasını yığıb getdi.

Bir də Məhəmməd Qurbanov vardı. Bütün yaş qruplarından ibarət millilərimizin formasını geyinən əslən rusiyalı hücumçu.

2015-ci ildə “ağ-qaralar”ın böyük ümidlərlə “Sumqayıt”dan cəlb etdiyi forvard 1 il komandada olsa da, ciddi mənada heç nə ilə yadda qalmadı. Əvəzedici statusu ilə barışdı, 17 oyunda cəmi 1 qol vurdu.

Azərbaycanda çıxış etdiyi dönəmdə “Sumqayıt”, “Neftçi”, “Sabah” və “Kəpəz” kimi komandaların şərəfini qorumuş Qurbanov Sportinfo.az-a verdiyi müsahibədə bir çox maraqlı faktların üstünü açdı.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/135152.html)

- Müsahibənin “can”ı həmin dəhşətləri eşitmək, bilməkdir...

- “Neftçi”yə keçməyim doğru qərar deyildi. Ora getməməliydim. Klubda və komandada vəziyyət yaxşı deyildi. Legionerlərə xüsusi rəğbət bəslənirdi, onlar mütləq oynamalıydı. Özünüz başa düşürsünüz də. Biabırçılıqları görəndən sonra rəhbərliyə yaxınlaşıb getmək istədiyimi bildirdim. Halbuki, 1 illik müqaviləm qalırdı. Həmin vaxt klubun prezidenti... (yadına sala bilmir)

- Elnur Məmmədov idi.

- Hə-hə, Elnur Məmmədov. Futbolun içində idi, amma futbol adamı deyildi. İxtisasca riyaziyyatçı olduğunu deyirdilər, səhv etmirəmsə, dəqiq yadımda deyil (gülür). Ağıllı, dünyagörüşü yüksək olan savadlı kadr idi. Bəlkə də ondan yaxşı biznesmen olardı, amma “Neftçi” kimi klubun niyə ona tapşırılması mənim üçün hələ də tapmacadır. Açığı, mənimlə münasibəti yaxşı idi, maraqlanırdı, soruşurdu. Ancaq orada qalmaq istəmədim və getdim. “Sumqayıt”a qayıtdım və yoluma Samir Abasovla davam etdim.

- “Neftçi”də olmaq, “Neftçi”də oynamaq həqiqətən çətindir?

- Bilirsiniz, “Neftçi” elə bir klubdur ki, hər zaman təzyiq altında olur. Azarkeşlər, mütəxəssislər, jurnalistlər ancaq “Neftçi”yə yüklənir. İnsanlar “Neftçi”ni Azərbaycan futbolunun yükünü daşımalı olan klub gözündə görür. Başa düşürəm, flaqmandır, köklü klubdur, ancaq bu qədər təzyiqə tab gətirmək çətin məsələdir.

- Artıq flaqman “Neftçi” deyil. Ölkə Prezidenti İlham Əliyev flaqmanlığı “Qarabağ”a verdi.

- İndi ola bilər. Amma mən oynayanda “Neftçi” deyil. “Qarabağ” heç də, onlar başqa aləmdir. Neçə ildir ölkənin ən güclüsüdür, Azərbaycanı Avropada layiqincə təmsil edir.

- Azərbaycan pasportun hardadır?

- AFFA-da.

- Təhvil vermisən?

- Pasport həmişə AFFA-da olub da.

- Sənə vermirdilər?

- Səfərlərə gedəndə verirdilər, sonra yenidən assosiasiyaya qaytarırdım. İstəsəydim, bəlkə də özümə verərdilər. Sadəcə, itirməmək üçün AFFA-da saxlayırdım.

- Nə əcəb Azərbaycandan ayrılanda götürmədin? Hər halda gözəl xatirədir.

- Mənim üçün xatirə hansısa sənəd yox, qəlbimdə daşıdıqlarımdır. Ona görə də ehtiyac duymadım.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti