“Bax, siz də klubdakı bəzi adamlar kimi danışırsız” – Cavab onu HİDDƏTLƏNDİRDİ

6 Mart 2022 21:20 Müsahibə 949
“Bax, siz də klubdakı bəzi adamlar kimi danışırsız” – Cavab onu HİDDƏTLƏNDİRDİ

Haqq dünyasına qovuşan “Bakı”nın tarixindəki baş məşqçilərin adına nəzər salanda adamın gözləri qaralır. Almaniya, Latviya, Türkiyə, Serbiya – Avropanın az qala bütün ölkələrindən məşqçilər çalışmışdı burada.

Onlardan biri də Bojidar Bandoviç idi. Monteneqrolu mütəxəssis jurnalistlərlə ünsiyyətdən qaçmaz, reallığı danışar, “Bakı”nın pul yox, futbola düzgün yanaşmanın hesabına idarə olunmasının vacibliyini deyərdi.

2012/13 mövsümündə “zolaqlılar”ı çalışdıran Bandoviç ölkə kubokunda yarımfinaldan o tərəfə gedə bilmədi, çempionatı 5-ci sırada başa vurdu. Rəhbərlik dərhal qapını göstərib, yerinə Milinko Pantiçi gətirdi.

Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcək

Bandoviç “Bakı”dan ayrılan kimi özünü Taylandda tapdı, çempionluqları sıraladı.

52 yaşlı mütəxəssislə söhbətimiz Tayland futbolu ilə yox, məhz “Bakı”da keçirdiyi 1 il və burada gördükləri ilə bağlı oldu.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/134695.html)

- “Neftçi”ylə “Qarabağ”ın gücünü başa düşdük. Axı, həmin mövsüm 3-cü yox, 5-ci yeri tutdunuz.

- Məgər bizdən öndə qərarlaşan “İnter” zəif komanda idi? Gürcü baş məşqçiləri xeyli vaxt idi komandanı çalışdırırdı və istədiyi kollektivi qurmağı bacarmışdı. Rusiyadan kubokla qayıtmışdılar (“Birlik kuboku”), Azərbaycan çempionu olmuşdular. “Simurq”da həmçinin. Adlı-sanlı futbolçulara sahib olmasalar da, çox yaxşı komanda idi. Ona görə deyirəm ki, böyük pullar xərcləmək rol oynamır. “Volkswagen”in üstünə nə qədər pul qoyursan qoy, “Mercedes” ola bilməyəcək. Sürət və rahatlıq istəyirsənsə, səbrli davranıb, pul yığıb “Mersedes” almalısan.Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcək

- “Bakı”da işlədiyiniz dövrdə məhz sizin istəyinizlə alınan futbolçular kim idi?

- Futbolçular yox, futbolçu var idi – Yunanıstandan çox yaxşı tanıdığım Vangelis Mantzios. Uzun illər “Panatinaikos”un şərəfini qorumuşdu, Yunanıstan millisində oyunlara çıxmışdı. Yəni sıradan biri deyildi, nəyə qadir olduğunu bilirdim.

- O da ümidləri doğrultmadı.

- Bax, siz də klubdakı bəzi adamlar kimi danışırsınız.

- Nə mənada?

- Komandaya hücumçu cəlb etməyin o deməkdir ki, ilk 2-3 oyunda qolları sıralayacaq? Hardandır bu məntiq, bu düşüncə? Vangelis ilk matçında qol vurmadı, hamı başladı danışmağa. Ki, bu nə hücumçudur, hardan tapıb gətiriblər, nə bilim nə. Adam Yunanıstan yığmasında oynayıb e. Futbolçunun ilk dönəmlərdə zəif oynayanda, yaxud oyunu alınmayanda onu silib atmırlar. Baxın, övladınız səhvə yol verir və siz bunu görürsünüz. Nə edərsiniz? İlk səhvindəcə kəsib-doğrayarsınız, yoxsa doğru yol göstərməyə çalışarsınız? Cavab verin, xahiş edirəm.

Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcək

- Təbii ki, doğru yol göstərərəm.

- Bəs, futbol da belədir də. Mən baş məşqçiyəm, futbolçular da mənim övladım. Mənim işim bilmədiklərini öyrətmək, səhvlərini başa salmaq, doğru yol göstərməkdir. Kimsə 1-2 oyun zəif oynayanda onu siyahıdan silmək olmaz axı. Söhbət tək “Bakı”dan getmir, bir çox klublarda vəziyyət belədir. Harada ki, futboldan xəbərsiz adamlar oturub, vəziyyət bu cürdür.

-“Xəzər Lənkəran”la kubokun yarımfinal oyunları yadınıza gəlir?

- Əlbəttə. Niyə soruşursunuz ki?

- Bakıdakı ilk matçda 1:0 hesabı ilə qələbə qazandığınız halda, Lənkəranda 0:2 uduzub mübarizədən kənarda qalmışdınız.

- Yaxşı yadımdadır.

- Sonradan xəbərlər dolaşdı ki, guya “Xəzər Lənkəran” hansısa yollarla qalib gəldiyi oyunu “alıbmış”. Eşitmişdiniz?

- Belə mövzuları sevmirəm. Kiminsə əlində nəsə tutmadan danışa bilmərəm. Bu haqda deyə biləcəyim odur ki, ilk görüşdə “Xəzər Lənkəran”ın qapısına 1 yox, 5 qol vurmalıydıq. Amma imkanları sağa-sola xərclədik. Səfər görüşündə isə möhtəşəm atmosferdə oynayıb, fərdi səhvlər üzündən uduzmuşduq. Başqa şey bilmirəm.

Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcək

- “Bakı”nın indiki durumundan xəbərdarsınız?

- “Bakı” yoxdur axı.

- Elə onu demək istəyirəm.

- Bilirəm, xəbərim var və buna çox üzüldüyümü deməliyəm. O cür klub, şərait, baza yoxa çıxmamalıydı. Çox təəssüf. Amma mənim və sizin edə biləcəyimiz bir şey yoxdur indiki zamanda.

- Artıq baza da yoxdur, yerlə yeksan edildi. Yerində hündürmərtəbəli binalar tikilir.

- Onu da bilirəm. Təxminən 2 il əvvəl sizdən eşitmişdim o xəbəri və fikirlərimi dilə gətirmişdim. Adam deməyə söz tapmır. Amma bu yerdə sizə səmimi fikirlərimi söyləyəcəyəm.

- Buyurun.

- “Bakı” Azərbaycanda ən yaxşı klublardan idi. Amma daxildə gördüklərimdən sonra bu hadisənin gec-tez baş verə biləcəyini hiss etmişdim. Hadisələrin axarı buna doğru aparırdı. Çünki klub idarəçiliyində ciddi yanlışlıqlar var idi. Sən 1 dəfə çempion ola və ya kuboku qazana bilərsən. Amma uğuru davam etdirmək üçün mütləq və mütləq filosofiyanı qorumalısan, strategiyanı genişləndirməlisən. 1 dəfə çempion olub, dərhal “havalarda uçmaq” və doğrunu görə bilməmək səni növbəti uğura daşımayacaq.

Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcək

- Razıyam.

- Daha bir vacib məqamı deyim. Adlı-sanlı futbolçu gətirəndə onun keçmişinə yox, hazırda həmin pulu haqq edib-etmədiyinə baxmalısan. Ki, bu adam bizə kömək edə biləcək, ya yox. Azərbaycan futbolunda bu da böyük problem idi. İndiki oradakı vəziyyətdən xəbərsizəm.

- Hafiz Məmmədovla əlaqəniz qalıb?

- Hafiz bəyi Azərbaycanda çalışanda 2-3 dəfə görmüşdüm. Söhbət etmişdik, komanda ilə bağlı danışmışdıq. Çox möhtəşəm insan təsiri bağışladığını deməliyəm. Sadəliyi, anlayışı, gülərüzü... Açığı, mən daha çox qardaşı Zeynal Məmmədovla ünsiyyətdə olurdum. Çünki klubdakı işlərə o cavabdehlik daşıyırdı.

- Həmin Hafiz Məmmədov indi müflis olub, bu yaxınlarda dövlətə borca görə həbs edilmişdi.

- Allah kömək olsun! Sağlıq olsun, tezliklə işləri qaydasına düşər. Biznesdə bu cür hallar qaçılmazdır. Mənimlə çalışan, məni tanıyan insanlara saytınız vasitəsilə salamlarımı çatdırarsınız, lütfən.

HƏBİB SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"