“Bakı”da yaşadığı ŞOK HADİSƏLƏRİ danışdı: “Məni göndərməmişdən əvvəl…”

5 Mart 2022 20:40 Müsahibə 1 643
“Bakı”da yaşadığı ŞOK HADİSƏLƏRİ danışdı: “Məni göndərməmişdən əvvəl…”

Haqq dünyasına qovuşan “Bakı”nın tarixindəki baş məşqçilərin adına nəzər salanda adamın gözləri qaralır.

Almaniya, Latviya, Türkiyə, Serbiya – Avropanın az qala bütün ölkələrindən məşqçilər çalışmışdı burada.

Onlardan biri də Bojidar Bandoviç idi. Monteneqrolu mütəxəssis jurnalistlərlə ünsiyyətdən qaçmaz, reallığı danışar, “Bakı”nın pul yox, futbola düzgün yanaşmanın hesabına idarə olunmasının vacibliyini deyərdi.

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

2012/13 mövsümündə “zolaqlılar”ı çalışdıran Bandoviç ölkə kubokunda yarımfinaldan o tərəfə gedə bilmədi, çempionatı 5-ci sırada başa vurdu. Rəhbərlik dərhal qapını göstərib, yerinə Milinko Pantiçi gətirdi.

Bandoviç “Bakı”dan ayrılan kimi özünü Taylandda tapdı, çempionluqları sıraladı.

52 yaşlı mütəxəssislə söhbətimiz Tayland futbolu ilə yox, məhz “Bakı”da keçirdiyi 1 il və burada gördükləri ilə bağlı oldu.

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

- Hindistandasınız deyəsən...

- Yox-yox, Yunanıstandayam, ailəmin yanında.

- İnternet qaynaqlarında Hindistan “Çennaiyin”ini çalışdırdığınız yazılıb axı.

- Yeni ayrıldım oradan. 15 gün olar, ya olmaz.

- Niyə?

- Adamlar 3-5 günə çempion olmaq istəyirlər. Anlamırlar ki, bu, konfet deyil, girib dükandan alıb çıxasan. Mən gəlməmişdən əvvəl komandanın durumu bərbad idi. Çempionata 1 ay qalmış baş məşqçi təyin olundum. Vaxt az idi deyə, yerli futbolçularla güclənə bilmədik. Mövsümün gedişində ortaya problemlər çıxanda adamlara reallığı başa sala bilmədim. Çünki futbolun dərinliklərindən xəbərsizdirlər. Azərbaycanda görtdüklərim orada da təkrarlandı. Sıfırdan çempionluğa çatmaq üçün 2-3 il vaxt tələb olunur.

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

- Bundan sonra nə etmək fikrindəsiniz?

- Bu dəqiqə əksər ölkələrdə çempionat davam edir. Bəzilərində isə başlamaq üzrədir. İndi reallıqla barışıb gözləməliyəm.

- “Bakı”dakı vəziyyət də eyni idi. “Sükan” arxasına gətirilən məşqçidən dərhal nəticə tələb olunurdu?

- Bəli, mənim vaxtımda məhz beləydi. Çempionluq üçün keyfiyyətimiz olmasa da, məndən bunu tələb edirdilər. O vaxt ən güclü komanda “Neftçi”ylə “Qarabağ”daydı, ona görə də çempionluq bu iki komanda arasında gedirdi.

- Siz mövsümü 5-ci sırada bitirən il “Neftçi” çempion olmuşdu.

- Olmasın “Qarabağ”, olsun “Neftçi”. Bu komandaların baş məşqçiləri kim idi? Biri Allah rəhmət eləsin, təcrübəli yerli mütəxəssis (Böyükağa Hacıyev – H.), o biri də bu gün öz işi ilə Avropaya səs salan Qurban Qurbanov. Onlara vaxt verilmişdi, şərait yaradılmışdı, işlərinə qarışan yox idi, ona görə də istədikləri alınırdı.

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

- Eynən...

- Azərbaycandan sonra Taylandda çalışdım. 5 il “Buriram”ın baş məşqçisi oldum. 2 dəfə ölkə çempionluğunu bayram etdik, 1 dəfə ölkənin ən yaxşı məşqçisi seçildim. Əmin oldum ki, yaxşı büdcən varsa, klub rəhbərliyi komandanın nəyə qadir olduğunu düzgün qiymətləndirə bilirsə və baş məşqçiyə güvən varsa, nəticə özü səni tapacaq. “Liverpul”da Yurgen Klopp dövrünə baxın. Adam komanda qururdu, amma finallarda uduzurdu. Azərbaycanda, Hindistanda, yaxud başqa yerdə Kloppu bir gün də saxlamazdılar. Bu gün Kloppun komandası dünyaya səs salmaqdadır.

- Razılaşaq ki, sizin vaxtınızda komandada kifayət qədər səviyyəli futbolçular var idi: Kamran Ağayev, Elvin Məmmədov, Cavid Hüseynov, Rauf Əliyev kimi millinin aparıcı futbolçuları, Juninyo, Deyvidas Çesnauskis, Uinston Parks, Marius Pena, Aleksandr Şoliç kimi legionerlər...

- Yaxşı heyət idi, amma çempionluq üçün yetərli deyildi. Tanınmış adlar güclü komanda anlamına gəlməməlidir. Söhbət adlardan yox, komandadan gedir. Fərdlərdən danışsaq, bəli, güclü oyunçular cəmlənmişdi. Amma komanda olaraq “Neftçi” ilə “Qarabağ”dan geri qalırdıq. Bu komandalar illərə söykənib qurulmuşdu, təşkilatlanmışdı, hərtərəfli anlaşma var idi, bizdə isə hər il yenilənən kollektiv idi. Səmimi deyim, həmin il “6-lığ”a vəsiqə qazanmağımızın özü uğur idi. Artıq növbəti mövsümdə çempionluq uğrunda oynamaq olardı.

- Rəhbərlik sizi nə deyib yola saldı?

- Nə deyəcəklər? Onlar məni göndərməmişdən əvvəl yerimə namizəd tapmışdılar. “Atletiko” ilə əməkdaşlıq müqaviləsi əsasında Milinko Pantiçin “Bakı”ya gəlməsinə dair razılıq əldə etmişdilər. Nəticə nə olsaydı, Pantiçi gətirəcəkdilər.

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

- Hardan bilirsiniz?

- Görürdüm, hiss edirdim. Əlimdə fakt olmasa da, hadisələrin axarı bundan xəbər verirdi. Yaxşı, Pantiçi niyə 1 ildən sonra yola saldılar? Axı, gətirəndə uzun müddətli müqavilədən, gələcək planlardan danışırdılar. Ümumiyyətlə, “Bakı”nın tarixində ardıcıl 3 il işləyən məşqçi xatırlamıram. Futbola yanaşma düzgün deyildi.

- Amma siz baş məşqçi təyin olunan il xeyli transfer gerçəkləşdirilmişdi.

- Birincisi, komanda bir “transfer pəncərəsi”ndə qurulmur. İkincisi, baş məşqçi gətirirsənsə, ona vaxt verməlisən. “Bakı”dan danışırıqsa, həmin komanda ilə “6-lığ”a vəsiqə qazanmasın özü uğur idi. Səbrli davranıb, növbəti mövsümü gözləmək lazım idi.

- “Neftçi”ylə “Qarabağ”ın gücünü başa düşdük. Axı, həmin mövsüm 3-cü yox, 5-ci yeri tutdunuz.

- (davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti