“Çətin ki, bundan sonra mənə iş versinlər” - MARAQLI MÜSAHİB

25 Dekabr 2021 21:00 Müsahibə 1 665
“Çətin ki, bundan sonra mənə iş versinlər” - MARAQLI MÜSAHİB

İki gün əvvəl Yunis Hüseynovla əlaqə saxlamaqda məqsədim təcrübəli mütəxəssis kimi “Sumqayıt”ın düşdüyü vəziyyətlə bağlı fikirlərini dinləmək, təklif olacağı halda cavabının nə olacağı eşitmək idi.

Amma ünvanladığım “Sabah Riad Rəfiyevdən zəng gəlsə, dəyərləndirərsiniz “ sualına aldığım “Sabah, heç birisigün də mənə Riad Rəfiyevdən zəng gəlməyəcək” cavabından sonra dərin düşüncələrə varmamaq mümkün deyildi.

Premyer Liqada illik ən çox maaş alan futbolçu alacaq - RAZILAŞSA

Son illər AFFA-nın xətti ilə “Kəpəz”i, sonradan “Keşlə”ni çalışdıran, bir müddət assosiasiyada texniki direktorun köməkçisi kimi çalışan 56 yaşlı mütəxəssisin küskünlüyü aşkar duyulurdu həmin açıqlamasında.

Məhz yuxarıdakı cümlənin izinə düşüb Yunis bəylə görüşməyi qərara aldım. Danışmağa, müsahibə verməyə həvəsli görünməsə də, yekunda ortaq vaxt təyin edib, çay süfrəsi arxasında söhbətləşdik.

Hüseynov xeyli vaxtdır ürəyində yığılıb qalanları Sportinfo.az-a müsahibədə boşaltdı.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/129797.html)

Premyer Liqada illik ən çox maaş alan futbolçu alacaq - RAZILAŞSA

- Bəs kiminlə danışdınız?

- Vitse-prezidentlə.

- İstənilən halda göstəriş Zaur Axundovdan gəlmişdi də.

- Bəli, Axundovun göstərişi idi.

- “Keşlə”dən ayrılandan sonra AFFA-ya qayıtmağı düşünmədiniz?

- Düzünü desəm, düşündüm. Hətta “Keşlə”dən ayrılandan sonra Elxan Məmmədovla görüşmüşdüm. 1-2 iş təklif olundu, o işlər də mənə uyğun olmadığına görə alınmadı.

- Nə işi idi?

- Yekəxanalıq olmasın, indiyə qədər Yunis Hüseynov kimi tanınmışam, az-çox xətrimi istəyənlər var. Ümumiyyətlə, mən özümə, adıma hörmət edən insanam. İş təklifi olanda, baxıram, nə işdir, necə işdir, mən orda ola bilərəm, yoxsa yox.

Premyer Liqada illik ən çox maaş alan futbolçu alacaq - RAZILAŞSA

- Bundan sonra iş verərlər sizə?

- Çətin. Ağlım kəsmir bundan sonra iş versinlər. Əvvəl inamım var idi, daha çətin.

- Niyə?

- Nə bilim. Gedişat onu göstərmir çünki.

- Klublarda da?

- Yox-yox, mən AFFA-nı nəzərdə tuturam. Klublardan bəlkə də nə vaxtsa ola bilər. Maşallah, insanlığımız, savadımız, işimiz göz qabağındadır. Ortaya iş qoymaq lazımdır, onu da mən bacarıram.

- İndi nə işlə məşğul olursuz?

- İndi səninlə çay içirəm, suallarını cavablandırıram (gülür).

Premyer Liqada illik ən çox maaş alan futbolçu alacaq - RAZILAŞSA

- Ümumiyyətlə, nə iş görürsüz?

- Gündəlik planımı deyim?

- Bəli.

- Allah hamının balalarını saxlasın. Səhər tezdən qızımı işə aparıram, sonra gəlib ev işləri ilə məşğul oluram. Günorta, axşamüstü dostlarla oturub çay içirik. Axşam qızımı işdən götürürəm. Ondan sonra da ailəvi çıxıb parkda gəzirik, maraqlı futbol varsa, futbola baxıram.

- Azərbaycan Premyer Liqasını izləyirsiz?

- Əlbəttə. 10 gündür bizdə futbol yoxdur deyə, bu günün planını dedim. Yoxsa günorta məşğuliyyətimdə futbola baxmaq da var.

- Maraqlıdır oyunlar?

- Nə deyim, vallah. Məşqçiyəmsə, işim oyunları izləmək, təhlillər aparmaqdır. Amma sizə deyim ki, azərbaycanlı futbolçularda artım yoxdur. Artım nə vaxt olur? Çempionat gərgin keçəndə, tümp yüksək olanda.

Premyer Liqada illik ən çox maaş alan futbolçu alacaq - RAZILAŞSA

- Çempionatın səviyyəsi aşağıdır?

- Əlbəttə. Nə vaxt ki, uşaq futbolu düzələcək, inkişaf da ondan sonra olacaq. Bugünkü durum yaxşı deyil, gələcək adına xoş vəd edən heç nə yoxdur. U-21-ə baxıram, yaxşı mənada heç nə görmürəm. Elə futbolçular yoxdur ki, 2-3 ildən sonra əsas millidə nəsə edə biləcəklərinə ümid edəsən. Onsuz da durum yaxşı deyil, get-gedə lap pisləşir. Bir ara akademiyaların hesabına yetişənlər olurdu. Görün, bu gün Premyer Liqada “Bakı”yla “Qəbələ”nin akademiyalarında yetişən nə qədər futbolçu oynayır. Ancaq davamı gəlmir. U-21 seçmə mərhələ boyu uduzmadığı rəqib qalmadı, bir nəfər soruşmur ki, bu məğlubiyyətlərlə hara gedirik? Milan Obradoviç guya savadlı məşqçidir ki, U-21-ə rəhbərlik edir? Niyə o işləməlidir millimizdə?

- Futbolumuzun bu günündə yığmalarda əcnəbi mütəxəssislərə gərək var?

- Mən həmişə yerli məşqçilərin tərəfdarı olmuşam və bunu hər çıxışımda demişəm. O vaxt bütün millilərə yerli mütəxəssislər rəhbərlik edirdi. İnanırsan, ağlıma gəlməzdi ki, nə vaxtda yığmalarımız əcnəbilərin əlinə düşəcək. Bu, heç yuxuma da gəlməzdi.

- Veteranlar niyə danışmır?

- Mən futbolumuzun inkişafı naminə həmişə danışıram, danışmağa hazıram.

Premyer Liqada illik ən çox maaş alan futbolçu alacaq - RAZILAŞSA

- Amma hamı sizin kimi deyil. Böyük əksəriyyət danışmaqdan çəkinir. AFFA-ya sığınıb, ordan 3-5 manat maaş, təqaüd alır deyə, susur.

- Hər kəs özünə cavabdehdir. Mən öz adıma deyə bilərəm ki, danışmaqdan, fikir bildirmək qaçmıram. 56 yaşım var, ömrümün 48-49 ilini futbola həsr eləmişəm. Ona görə də həmişə Azərbaycan futbolunun inkişafını istəmişəm. Mənim futboldan başqa sənətim yoxdur. Bacardığım başqa iş olsaydı, futboldan danışmazdım. Mən bu gün də futbol oynamasam, havalanaram. Bu yaşımda da topun dalınca qaçmaqdan həzz alıram.

- Sabah sizə də Kazbek Tuayev, İsgəndər Cavadov kimi İcraiyyə Komitəsində yer versələr, susmayacaqsınız? İndiki formada fikir bildirəcəksiniz?

- Birincisi, mən də özümü İcriyyə Komitəsində görürəm. Niyə də görməyim? Yunis Hüseynov və veteran futbolçu kimi mən də ölkə futbolunda söz demək, fikir bildirmək səlahiyyətinə sahibəm. Onların haqqına girmək istəmirəm, bilmirəm, orda nədən danışılır, Tuayev, yaxud Cavadov müzakirələrdə nə deyir, nə danışır. Bəlkə də danışırlar, fikir söyləyirlər. Şəxsən orda yer alsam, futbolumuzun inkişafı naminə düşündüklərimi çəkinmədən söyləyərəm.

- Bəs ağa “dərəyə sür” desə...?

- Qatıq ağdırsa, mən ona necə qara deyə bilərəm? Mümkün deyil.

Premyer Liqada illik ən çox maaş alan futbolçu alacaq - RAZILAŞSA

- “Keşlə”dən ayrılandan sonra mətbuatda müsahibə və açıqlamalarınızın sayı azalıb. Səbəbi var?

- Mətbuatda görünmək üçün kimsə zəng vurmalı, nəsə soruşmalıdır. Mən həmişə jurnalistlərlə səmimi olmuşam, münasibətimiz qaydasında olub. Amma son vaxtlar nə əcəbsə zəng etmirlər (gülür). Əvvəl həftədə heç olmasa 1-2 dəfə əlaqə saxlayırdılar.

- İşsiz günlərdə dolanışığınız necədir?

- Şükürlər olsun, acından ölmürük (gülür).

- Acından heç kim ölmür, hətta ən imkansız adam belə bir tikə çörək tapır. Bilmək istəyirəm, əvvəl yığdığınız pulları xərcləyirsiz, yoxsa əlavə işiniz, biznesiniz var?

- Eşitmişəm, haqqımda “Yunis Hüseynovun biznesi, obyektləri var” deyirlər. Yunis Hüseynovun heç nəyi yoxdur, bunu deyim, biləsiniz.

Premyer Liqada illik ən çox maaş alan futbolçu alacaq - RAZILAŞSA

- Həqiqətən?

- Burda nə var ki? Olsa, deyərəm varımdır. Canım üçün yoxumdur. Bu gün hansı futbolçunun, hansı veteranın nəyi varsa, hamı bilir. Maraqlanın, lap yoxlatdırın, görün, Yunis Hüseynovun nəyi var.

- Qaxdakı istirahət mərkəzi?

- Xeyr, o da yoxdur. 3-5 manatı Allah yetirir, yeməyimizi yeyib, Allahımıza sükür edirik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti