“Özüm çıxdım” deyirdim, amma özüm çıxmamışdım” – ŞOK ETİRAFLAR!

24 Dekabr 2021 16:00 Müsahibə 2 106
“Özüm çıxdım” deyirdim, amma özüm çıxmamışdım” – ŞOK ETİRAFLAR!

İki gün əvvəl Yunis Hüseynovla əlaqə saxlamaqda məqsədim təcrübəli mütəxəssis kimi “Sumqayıt”ın düşdüyü vəziyyətlə bağlı fikirlərini dinləmək, təklif olacağı halda cavabının nə olacağı eşitmək idi.

Amma ünvanladığım “Sabah Riad Rəfiyevdən zəng gəlsə, dəyərləndirərsiniz “ sualına aldığım “Sabah, heç birisigün də mənə Riad Rəfiyevdən zəng gəlməyəcək” cavabından sonra dərin düşüncələrə varmamaq mümkün deyildi.

Son illər AFFA-nın xətti ilə “Kəpəz”i, sonradan “Keşlə”ni çalışdıran, bir müddət assosiasiyada texniki direktorun köməkçisi kimi çalışan 56 yaşlı mütəxəssisin küskünlüyü aşkar duyulurdu həmin açıqlamasında.

UEFA-nın qazandığı ən böyük qələbə - 2021-ci ildə 

Məhz yuxarıdakı cümlənin izinə düşüb Yunis bəylə görüşməyi qərara aldım. Danışmağa, müsahibə verməyə həvəsli görünməsə də, yekunda ortaq vaxt təyin edib, çay süfrəsi arxasında söhbətləşdik.

Hüseynov xeyli vaxtdır ürəyində yığılıb qalanları Sportinfo.az-a müsahibədə boşaltdı.

- “Sabah”, heç birisigün də mənə Riad Rəfiyevdən zəng gəlməyəcək” – bu cümlənin müəllifisiniz. Bu cür əminlik hardandır?

- Hər bir məşqçi hansı klubdan dəvət ala biləcəyini hiss edir. 8 komandalı çempionatda bir yer boşalıb, 50 nəfərin adı çəkilir. Düzü, Ayxan Abbasovun ordan ayrılmasını istəməzdim. Azı yaya qədər postunda qalmalıydı. Qarşıdakı 14 turda nələrin baş verə biləcəyini heç kim bilə bilməz.

UEFA-nın qazandığı ən böyük qələbə - 2021-ci ildə 

- Sualı cavablandırmadınız...

- Şəxsən inamım yoxdur ki, mənə “Sumqayıt”dan zəng gələr.

- Bu cür əminlik hardandır axı? Qruplaşma var? Hərə öz adamını irəli çəkir?

- Mən elə hiss edirəm ki, gərək kiminlə kiminləsə tanışlığı olsun. Amma məşqçilik sənəti elədir ki, tapşırıqla getməyin axırı yoxdur. Həm də, bizdə məşqçilərə vaxt verilmir. Son vaxtlar işlədiyim komandalarda 4-5 ay olmuşam. “Karvan”da mənə vaxt verilmişdi, mən də öz növbəmdə işimi işləyib, nəticə verirdim. Çünki orda klub rəhbərliyi arxamda dayanıb, dəstək verirdi. Klub rəhbərliyi məşqçiyə dəstək olursa, orda nəticə də qazanılır.

- Niyə 4-5 ay işləyirsiniz? Özünüzə sual vermisiniz heç?

- Bu, mənim özümə də qaranlıq qalır. Düzdür, “Keşlə”də çempionatın ilk yarısının son 2 oyununda səhhətimlə bağlı iştirak etməmişdim, xəstəxanada yatırdım. Sonuncu pillədəydik, amma 3-cü yerlə aramızda cəmi 6 xallıq fərq vardı. Təəssüf ki, çempionatın davamını gözləmədən mən ordan ayrıldım.

UEFA-nın qazandığı ən böyük qələbə - 2021-ci ildə 

- Ayrıldınız, yoxsa ayırdılar?

- Ayırdılar. Həmişə “özüm çıxdım” deyirdim, amma özüm çıxmamışdım.

- Nə deyib ayırdılar?

- Dedilər, yollarımız ayrılır, qısa-konkret. Halbuki, mən baş məşqçi olan dövrdə 6 nəfər millilərə dəvət olunurdu. 4 nəfər əsasa, 2 nəfər U-21-ə. Komandada iş gedirdi, oyun var idi, sadəcə, nəticələrdə müəyyən “axsama” var idi ki, onu da düzəltmək olardı. Cəmi iki transfer etmişdim – Anatoli Abanqla Sadio Tounkaranı. Amma yayda dəyişikliklər edib, tam istədiyim komandanı formalaşdırmaq fikrim var idi.

- Bu gün kənarda qalmağınızda özünüzdə günah payı görürsünüz?

- İşsiz qalmaq yaxşı hal deyil. Heç kimə işsiz qalmağı arzulamıram. Bu gün işsizəm, ona görə də hər gün eyni şeyləri edirəm. Və bu, psixoloji cəhətdən çox yorur. Həyatda səhvsiz insan yoxdur. Desəm ki, hər şeyi ideal eləmişəm, özüm müəkəmmələm, yalan olar. Amma məşqçilikdə qlobal səhvə yol verdiyimi düşünmürəm.

UEFA-nın qazandığı ən böyük qələbə - 2021-ci ildə 

- Sizə elə gəlmir ki, hədsiz mülayim xarakterə sahibsiniz və bu, məşqçilik sənətində sizə ciddi əngəl törədir.

- Razıyam, kənardan yumşaq xarakterli görünə bilərəm. Amma işlədiyim komandalarda indiyə qədər heç vaxt intizamsızlıq olmayıb. Bəlkə kiminsə kiminləsə sözü düz gəlməz, bəlkə kimsə istəmədən məşqə gecikər – bunlar hər yerdə ola biləcək şeylərdir. Söhbət açıq-aşkar intizamsızlıqdan gedirsə, mən olan yerdə yaşana bilməz. Yaşanıbsa da belə, həmin adam lazımi cəzasını alıb. Futbolçulara çox inanıram. Və özlüyümdə belə düşünürəm ki, mən ona inanıramsa, o da mənə inanmalıdır. Yox, kimsə inamımdan sui-istifadə edirsə, bunun onun vicdanına buraxıram. Bir şey də var, nə qədər mülayim olsam da, bir o qədər sərtəm. Sərtliyimi Allah göstərməsin. Üzüm döndüsə, özümə cavabdeh ola bilmirəm.

- Yaxşı, bu gün niyə işsizsiniz?

- Açığı... (düşünür)

- Adamınız yoxdur, yoxsa bacarığınız?

- Yunis Hüseynov çox bacarıqlıdır.

UEFA-nın qazandığı ən böyük qələbə - 2021-ci ildə 

- Onda adamı yoxdur.

- Adam deyəndə kimi nəyi nəzərdə tutursunuz?

- İrəli çəkən, piar aparan, “yuxarıdan” dəstək verən...

- Tanışlarım çoxdur, həddən artıq çoxdur.

- “Yuxarı"da var?

- Var, niyə yoxdur ki?! Sənin də var, mənim də var. Axtarsan, hər bir adamın “yuxarı"da tanışı var. “Yuxarı” dediyim yaxşı vəzifədə işləyən adamı nəzərdə tuturam.

- Elə mən də onu nəzərdə tuturam.

- Amma mən indiyə kimi elə tanışların köməyindən istifadə etməmişəm. Gedib kiməsə deyim ki, məni filankəsə tapşır – mənlik deyil. Yekəxanalıq olmasın, mən Yunis Hüseynovam də, göz qabağındayam. SSRİ yığmasının üzvü olmuşam, qarşımı kəsməsəydilər, bu dəqiqə olimpiya çempionu idim. Həyatda ən çox peşmanlıq hissi keçirdiyim də budur. Yadıma düşəndə, havalanıram. 56 yaşım var indi, 1988-ci ildə 23 yaşındaydım. Üstündən 33 il keçib, indiyə qədər də onu fikirləşirəm. Ki, mənə qarşı niyə belə etdilər, niyə qarşımı kəsdilər? Allaha and olsun, yatanda da bunu fikirləşirəm, bu sualları verirəm özümə. O vaxt yolumu bağlamasaydılar, indi “Olimpiya çempionu, azərbaycanlı balası Yunis Hüseynov” deyirdilər. Bu barədə çox danışmışam.

UEFA-nın qazandığı ən böyük qələbə - 2021-ci ildə 

- İşsiz olmağınızla bağlı suala cavab ala bilmədim.

- Bilmirəm, sözün düzü. Bəlkə də kimlərsə işləməyimi istəmir. Bəlkə də...

- “Keşlə”yə gedənə qədər AFFA-da texniki direktorun köməkçisi vəzifəsini icra edirdiniz. “Keşlə”dən ayrılan sonra AFFA-dakı köməkçi işini itirdiyinizə görə peşmanlıq hissi keçirdiniz?

- Yaxşı iş idi. 21 yaş və aşağı yaş qruplarından ibarət millilərin məşq və oyunlarına gedirdim. Baxırdım, təhlil edirdim, hesabat təqdim edirdim. Sadəcə, əsl işim məşqçilikdir deyə, “Keşlə”nin təklifi mənə cəlbedici gəldi. Açığı, AFFA-dan da “Keşlə”yə getməyimin faydalı olduğunu dedilər. Kaş, getməzdim. Sonradan çox peşman oldum.

UEFA-nın qazandığı ən böyük qələbə - 2021-ci ildə 

- “Keşlə”yə - qəribə xarakterə sahib Zaur Axundovun yanına işləməyə gedəndə heç kimdən məsləhət almamışdınız?

- Zaur Axundovu hamının tanıdığı kimi, Futzal Federasiyasının və “Keşlə”nin rəhbəri kimi tanıyırdım. İndiyə qədər də 4-5 dəfə “salam-sağ ol”umuz olmuşdu, başqa heç nə.

- İş prosesində hansı xarakterə sahib olduğunu eşitməmişdiniz?

- Eşitməyinə eşitmişdim. Amma mən hamı ilə dil tapan, yola gedən insanam. Adamın üstündə Allah var, prezident kimi heç bir işimə qarışmırdı. Sonda belə alındı.

- Qapını göstərdi...

- Yox, şəxsən özü ilə görüşmədim.

- Bəs, kiminlə danışdınız?

- ... (davamı olacaq)

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti