“Qarabağ”ın çempionluğu ilə razılaşmadı, “Neftçi”dəki problemləri sadaladı - MÜSAHİBƏ

23 Dekabr 2021 20:00 Müsahibə 2 141
“Qarabağ”ın çempionluğu ilə razılaşmadı, “Neftçi”dəki problemləri sadaladı - MÜSAHİBƏ

2021-ci ilin onun üçün düşərli olduğunu deyə bilərik.

2017-ci ildən “Neftçi”də çıxış etməsinə baxmayaraq, indiyə qədər heç vaxt bu qədər effektli görünməmişdi.

Təbii, komandasının uğursuz çıxışı və millidə ona indiki qədər şans verilməməsi hansısa mənada sözünü deyirdi.

"Ayda 1 milyon avro maaş alır, futbolçu deyil – Ancaq şəxsi həyatını düşünür"

Lakin ötən mövsümü çempion qismində başa vurdu, yayda komandasının avrokuboklardakı uğursuz nəticələrinə baxmayaraq, o, 4 qolla diqqət çəkdi və əlbəttə, bu il yığma formasında 4-ü rəsmi, 3-ü yoldaşlıq matçlarında olmaqla rəqib qapılarından keçirdiyi 7 top.

Söhbətin Emin Mahmudovdan getdiyini mütləq ki, anladınız.

"Ayda 1 milyon avro maaş alır, futbolçu deyil – Ancaq şəxsi həyatını düşünür"

“Ağ-qaralar”ın kapitanı ilə geniş müsahibəni hələ mövsümün gedişində planlaşdırsam da, sıx qrafik və oyunların davam etməsi söhbətin baş tutmasını əngəlləyirdi.

Səmimi söhbətimizin qış fasiləsində reallaşacağına dair razılığımız olmuşdu ki, Emin Moskavada istirahət etməsinə baxmayaraq, Sportinfo.az-a söz verdiyi müsahibəni gecikdirmədi.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/129676.html)

- Sualı bilirsən niyə verdim? Müsahibələrinin birində Canni de Byazi ilə yola davam etməyin tərəfdarı olduğunu bildirmişdin.

- Bilirəm, yadıma gəlir. Məncə, hər məşqçiyə vaxt verilməlidir. De Byazi artıq Azərbaycan futbolunu bilir, çempionatı izləyir, futbolçuları yaxından tanıyır. Sabah yaxşı nəticələr olsa, hamı deyəcək ki, nə yaxşı Canni de Byazini saxladılar. Yaxud, hansısa azərbaycanlı məşqçini təyin etsələr və sabah nəticələr ürəkaçan olmasa, onu “asıb-kəsəcəklər”.

- Şahruddin Məhəmmədəliyev bəndənizə verdiyi müsahibədə milli üzvlərinin Rəşad Sadıqovun baş məşqçi postunda görmək istədiklərini demişdi.

- Faktiki baş məşqçi varsa, başqa məşqçilərin adını çəkməyi öz adıma doğru hesab etmirəm. İstər “Neftçi”də olsun, istər millidə, istərsə də başqa yerdə - xoşlamıram bu mövzuda danışmağı. Komandanın baş məşqçisi varsa, başqasının adını çəkməyi sevmirəm.

"Ayda 1 milyon avro maaş alır, futbolçu deyil – Ancaq şəxsi həyatını düşünür"

- “Neftçi”yə keçək. Kapitanı olduğun komandanı ötən mövsümü çempion qismində başa vursa da, avrokuboklarda ümidləri doğrultmadı. Cari mövsümdə isə lider “Qarabağ”dan aşkar geri qalırsız. Nə baş verdi?

- Əsas səbəblərdən biri Namiq Ələsgərov və Anton Krivotsyuk kimi əsas heyət üzvlərinin, üstəlik, yerli statuslu futbolçuların komandanı tərk etməsiydi. Ötən mövsüm komandada sistem formalaşmışdı və hamı o sistemə öyrəşmişdi. Bir başqa səbəb kimi yeni transferlərin bizə gec qoşulmasını və hər mənada uyğunlaşmaq üçün zamana ehtiyac duymasını göstərə bilərəm. Belə deyim, komandanın müəyyən mənada yenilənməsi “Neftçi”nin oyun keyfiyyətinə müəyyən mənada təsir etdi.

- Bu və digər səbəblər “Neftçi”nin çempionatın ilk yarısından sonra “Qarabağ”dan 11 xal geri düşməsinə əsas verir?

- Bunları deməklə nəyisə əsaslandırmaq, yaxud bəhanə gətirmək istəmirəm. Təbii ki, heyətin necəliyinə baxmayaraq, bu qədər xal itirib 11 xal geri düşməməliydik. Amma oldu. Olubsa belə, bu o demək deyil ki, əllərimizi yanımıza salıb vəziyyətlə barışmalıyıq. Əksinə, düşdüyümüz durumdan çıxmağın yollarını tapmalıyıq. Başqa yolumuz yoxdur.

"Ayda 1 milyon avro maaş alır, futbolçu deyil – Ancaq şəxsi həyatını düşünür"

- Cari mövsümün çempionu “Qarabağ” olacaq. Razısan?

- Riyazi cəhətdən şansımız varsa, sona qədər mübarizə aparacağıq. Razıyam, fərq böyükdür, ilk pilləni “Qarabağ”ın əlindən almaq üçün fantastik nəsə baş verməlidir. Amma yenə də ən yaxşısına ümid edirik.

- Səncə, fantastik nə baş verə bilər?

- Futbol möcüzələr oyunudur, hər şey baş verə bilər. Bizim işimiz sona qədər döyüşməkdir. “Qarabağ” çempion olanda onları təbrik etmək olar, indi nəsə deyə bilmərəm.

"Ayda 1 milyon avro maaş alır, futbolçu deyil – Ancaq şəxsi həyatını düşünür"

- Futbol ictimaiyyətində belə bir fikir formalaşıb ki, Emin keyfiyyətli, bacarıqlı futbolçudur, amma kapitana lazım olan sərt xarakterə sahib deyil.

- Sərt xarakterə sahib olan kapitanlar nə edir, məsələn?

- Daim danışır, komanda yoldaşlarının üstünə qışqırır, irad bildirir, hansısa məqamlarda hakimlərə etiraz edir. Bildiyimiz Rəşad Sadıqov.

- Haqqımda bu fikirləri çox eşitmişəm. Bəli, təbiətcə sakit insanam. Ancaq bu o demək deyil ki, sərt tərəfim yoxdur. İllərdir futboldayam, müxtəlif komandalarda oynamışam, amma elə bir kapitanım olmayıb ki, 90 dəqiqə qışqırsın, danışsın. Bəli, Azərbaycan futbolunda böyük ada sahib Rəşad Sadıqov nisbətən çılğın olub, o da baxırdı hansı məqamda, hansı epizodda. İllər öncə o cür kapitanlar var idi, danışan, qışqıran. Lakin indi o dövr deyil. Məncə, kapitanın əsas işi qışqırmaq, danışmaq yox, komandanı dəstəkləmək, çıxış yolu göstərməkdir. Hətta hansısa futbolçuya sözün varsa belə, bunu oyunun içində qışqıra-qışqıra deməyin heç nəyə kömək etməyəcək. Matç başa çatandan sonra sözünü demək, nəyisə başa salmaq üçün kifayət qədər zaman olur.

"Ayda 1 milyon avro maaş alır, futbolçu deyil – Ancaq şəxsi həyatını düşünür"

- Samir Abasov 90 dəqiqə dayanmaq bilmir axı.

- Çünki o, baş məşqçidir.

- Bilirəm. Amma sən də oyun vaxtı onun meydandakı “sağ əli”sən.

- Baş məşqçi ilə kapitan fərqli vəzifə daşıyıcıları, fərqli səlahiyyət sahibləridir. Bəzən mən də səs tonumu qaldırıram. Ancaq bu o demək deyil ki, bunu daim etməliyəm. Üstəlik, hamının eşidəcəyi formada. Bir də ki, Samir Abasov xaraktercə çılğın insandır, bunu da hamı başa düşür, qəbul edir.

- Bəzən Azərbaycan çempionatında oynadığına görə məyusluq hissi keçirirsən?

- Niyə?

"Ayda 1 milyon avro maaş alır, futbolçu deyil – Ancaq şəxsi həyatını düşünür"

- Futbolçu keyfiyyətlərin daha səviyyəli çempionatlarda oynamağa imkan verir. Halbuki, bu 5 ildə karyeranı daha üstün liqalarda davam etdirə bilərdin.

- Əlbəttə, hər bir futbolçu kimi adlı-sanlı çempionatlarda oynamaq mənim də arzumdur. Şans olsaydı, gedərdim. Amma variant yoxdursa, burda qalmağım yaxşıdır. Bir də ki, “Neftçi”də özümü rahat hiss edirəm, hər şey ürəyimcədir, yığmaya dəvət olunuram, uzun illərdən sonra çempion olduq.

- Apreldə 30 yaşın tamam olur. Bundan sonra yaxşı çempionatların birində legioner həyatı yaşamağın ral görünür?

- Sizi inandırım, bu barədə çox da düşünmürəm. Kiməsə lazımamsa, klubuma təklif göndərib transfer edər. 30 yaş futbolçu üçün ən parlaq dövrdür deyə bilərəm. “Neftçi”ylə müqaviləm var və bu gün məni komandamın uğurları düşündürür, başqa təkliflər yox.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti