Emin Mahmudov Moskvaya getdi, oradan “Sportinfo”ya ŞOK MÜSAHİBƏ VERDİ!

22 Dekabr 2021 19:00 Müsahibə 3 428
Emin Mahmudov Moskvaya getdi, oradan “Sportinfo”ya ŞOK MÜSAHİBƏ VERDİ!

2021-ci ilin onun üçün düşərli olduğunu deyə bilərik.

2017-ci ildən “Neftçi”də çıxış etməsinə baxmayaraq, indiyə qədər heç vaxt bu qədər effektli görünməmişdi.

Təbii, komandasının uğursuz çıxışı və millidə ona indiki qədər şans verilməməsi hansısa mənada sözünü deyirdi.

Lakin ötən mövsümü çempion qismində başa vurdu, yayda komandasının avrokuboklardakı uğursuz nəticələrinə baxmayaraq, o, 4 qolla diqqət çəkdi və əlbəttə, bu il yığma formasında 4-ü rəsmi, 3-ü yoldaşlıq matçlarında olmaqla rəqib qapılarından keçirdiyi 7 top.

"Bəlkə də bu qərarın verilməsində şəxsi maraqlar rol oynayıb"

Söhbətin Emin Mahmudovdan getdiyini mütləq ki, anladınız.

“Ağ-qaralar”ın kapitanı ilə geniş müsahibəni hələ mövsümün gedişində planlaşdırsam da, sıx qrafik və oyunların davam etməsi söhbətin baş tutmasını əngəlləyirdi.

Səmimi söhbətimizin qış fasiləsində reallaşacağına dair razılığımız olmuşdu ki, Emin Moskavada istirahət etməsinə baxmayaraq, Sportinfo.az-a söz verdiyi müsahibəni gecikdirmədi.

"Bəlkə də bu qərarın verilməsində şəxsi maraqlar rol oynayıb"

- İstirahətin necə keçir? Yorğunluğu canından ata bilirsən?

- Şükür, əvvəldən qurduğum plan üzrə gedir. Ailəmlə birgə Moskvaya gəlmişəm. Valideynlərim, qardaşım, doğmalarım – hamımız birlikdə dincəlirik. Qəşəng qar da yağıb, uşaqlar üçün əyləncəlidir. Qartopu oynayırlar, sürüşürlər. Əsl onların bayramıdır (gülür).

- Yeni illə bağlı planın nədir? Hansısa ölkəyə bir neçə günlük səfər etməyi planlaşdırırsan?

- Düzünü desəm, yox. Moskvada qalmağı, doğmalarımla vaxt keçirməyi düşünürəm.

- Valideynlərin Moskvada yaşayır?

- Əsasən Moskva vilayətində yaşayırlar. Çünki qardaşım da burdadır. Amma imkan düşdükcə Azərbaycana, Bakıya gedib-gəlirlər.

"Bəlkə də bu qərarın verilməsində şəxsi maraqlar rol oynayıb"

- İndi onlarla bir evdə yaşayırsan?

- Bəli. Burada geniş evimiz, həyətyanı sahəmiz var, hamımız birlikdəyik.

- Bakıda necə, şəxsin evin var, yoxsa kirayədə qalırsan?

- Hələ ki, kirayədəyəm, şəxsi mənzilim yoxdur. Gələcəklə bağlı belə bir planım var, amma hələ qərar verməmişəm. Sözün düzü, bəzən belə bir istəyim olur. Görün neçə ildir Azərbaycanda oynayıram. Fikiləşirəm.

- Övladlarının gələcəyini Azərbaycanda görürsən?

- Bu, gələcəkdə mənim harda yaşamağımdan, işləməyimdən asılı olan məsələdir. Azərbaycanda qalsam, onlar da qalmaq məcburiyyətində olacaq.

"Bəlkə də bu qərarın verilməsində şəxsi maraqlar rol oynayıb"

- Yaxşı, onda sualı belə qoyum. Futbolçu karyeranı bitirəndən sonra gələcəyini Azərbaycanda görürsən?

- Bu haqda heç düşünməmişəm, düzü. Çünki karyeramı başa vurandan sonra hansı işlə məşğul olacağımı, harada işləyəcəyimi bilmirəm. Karyeramı bitirim, bu mövzuya yenidən qayıdarıq (gülür).

- 2021-ci ili sənin üçün möhtəşəm adlandırmaq olar?

- Fikrimcə, olar. “Neftçi”ylə çempion oldum, yığmada il ərzində 7 qola imza atdım. Açığı, bu qədər qol vuracağım ağlıma da gəlməzdi. Təəssüf ki, ilin sonu pis alındı. “Neftçi”nin noyabr və dekabr aylarındakı nəticələri əhvalımı korladı. Ümumi götürsək, 2021-ci ilin mənim üçün uğurlu alındığını deyə bilərəm.

- İlin ən yaxşı futbolçusu adına iki əsas namizəd var – biri sən, digəri Mahir Emreli. İdman Araşdırmalar Mərkəzinin sorğusunda qalib oldun, dekabrın son günlərində “Futbol+” qəzetinin ümummilli sorğusunun nəticələri açıqlanacaq. Bu ada namizəd yox, sıradan futbolçu kimi ilin ən yaxşısı gözündə kimi görürsən?

- Dediyiniz kimi, ümummilli sorğudur. Orada ölkənin futbol ictimaiyyəti iştirak edəcək. Mənim nəsə deməyim doğru olmaz.

"Bəlkə də bu qərarın verilməsində şəxsi maraqlar rol oynayıb"

- “Neftçi”nin kapitanı qismində sənin də fikrini soruşacaqlar.

- Məni ən çox təəccübləndirən Mahir-Emin mübarizəsində Namiq Ələsgərovun olmamasıdır.

- “10-luq”da Namiq də var. Sadəcə, əsas namizədlər sizsiniz.

- Ola bilsin, Mahirin Avropada, mənim isə yığmada vurduğum qollara görə belə düşünürlər. Amma unutmayaq ki, Namiq “Neftçi”ni çempion etdi, Çempionlar Liqasında mərhələ adlamağımıza kömək etdi. Türkiyədə də işləri pis getmir, qollar vurur, assistlər edir. Nə olsun Birinci Liqadadır, fərd olaraq komandanın seçilən futbolçularındadır. Məncə, Namiq də sorğuda ön pillələrdə olmalıdır. “Neftçi”nin kapitanı kimi fikrimi soruşursunuzsa, birinci yerdə Namiqi görürəm. Təbii, Mahir də layiqdir, “Napoli” ilə “Lester”in qapısına qollar vurdu, Avroliqanın qrupunda oynadı. Amma Namiq məni çempion etdiyi üçün ilk pillədə onu görürəm. Mahir ikinci olar, öz adımı isə “3-lüy”ə salmaram (gülür). Kənardan yaxşı görünməz.

"Bəlkə də bu qərarın verilməsində şəxsi maraqlar rol oynayıb"

- Milli tarixində indiyə kimi heç kimin bacarmadığını etdin. Söhbət 1 ildə vurduğun 7 qoldan gedir. Məsələnin maraqlı tərəfi bilirsən nədir? Vurduğun 7 qol demək olar heç nəyə yaramadı. Pis təsir etmir?

- Əlbəttə, edir. Çox istərdim ki, vurduğum qollar nəticə gətirsin. Təəssüf ki, alınmadı. Bəzən bunu düşünəndə, söz tapa bilmirəm. Hətta uşaqlar bəzən zarafat edirdi ki, bəlkə sən qol vurmayasan? Sən qol vuranda komanda uduzur (gülür).

- Dəfələrlə milli mövzusunda səninlə danışmaq istəsəm də, söhbətdən yayınmısan. Olan olub, keçən keçib, seçmə mərhələ də başa çatıb. Yığmayla bəzi suallarımı cavablandırmağını istəyirəm.

- Danışaq.

- Yığma niyə nəticə qazana bilmir? Nəyim(n)iz çatmır?

- Məsələyə ümumi planda baxmalı olsaq, rəqib komandaların heyətindəki futbolçulardan geri qalırıq. Serbiya ilə Portuqaliyanın ulduzlarından danışmağa gərək yoxdur, onları hamı tanıyır. Lüksemburq millisinin futbolçuları hansı ölkələrdə legioner həyatı yaşayır? Fransa, Almaniya, Portuqaliya, İngiltərə, İsveçrə, Belçika, Ukrayna... İrlandiyanın heyətinə baxaq. 90-95 faizi İngiltərə oynayır. “Liverpul”, “Portsmut”, “Everton”, “Tottenhem”, “Norviç Siti”... Avropanın aparıcı futbol ölkələrində bizim kimimiz var? Mahirlə Antondur, onlar da Polşada çıxış edir. Ona görə də rəqib futbolçuların təcrübəsi, gücü, hər həftə oynadıqları temp meydanda sözünü deyir. Razıyam, bəzən bəxtsizliklə üzləşmişik, bəzən ustalıq səviyyəmiz imkan verməyib. Lakin fakt faktlığında qalır, təcrübə və oynadığımız çempionatın adı məsələsində biz onlara uduzuruq.

"Bəlkə də bu qərarın verilməsində şəxsi maraqlar rol oynayıb"

- Belədirsə, əcnəbi məşqçiyə nə gərək var? Onsuz da rəqiblərdən geri qalırıq, uduza-uduza gedirik. Ondansa yerli mütəxəssis çalışdırsın da yığmanı.

- Bu, mənim səlahiyyətimdə olan məsələ deyil. Çünki baş məşqçini biz futbolçular yox, AFFA rəhbərliyi seçir, təyin edir.

- Sualı bilirsən niyə verdim? Müsahibələrinin birində Canni de Byazi ilə yola davam etməyin tərəfdarı olduğunu bildirmişdin.

- ... (davamı olacaq)

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti