Oktay Dərəlioğlu “Xəzər Lənkəran”dakı fantastik qazancını ilk dəfə "Sportinfo"ya açıqladı

3 Noyabr 2021 16:20 Müsahibə 2 770
Oktay Dərəlioğlu “Xəzər Lənkəran”dakı fantastik qazancını ilk dəfə "Sportinfo"ya açıqladı

Azərbaycana gəlib-getmiş məşhur futbolçuların arasında Oktay Derelioğlu ad-soyadı başda dayananlardan biridir desək, yanılmarıq.

Vaxtilə Tükiyə millisi, “Fənərbağça”, “Trabzonspor”, xüsusən də, “Beşiktaş”dan xatırladığımız məşhur hücumçunun 2004-cü ilin payızında Azərbaycana gəlişi həm burda, həm də qardaş ölkədə rezonans doğurmuşdu.

“Xəzər Lənkəran”da keçirdiyi 2004-05 mövsümündə 21 oyunda forma geyinib, 17 qola imzasını yazdıran o dönəmlərin ünlü ismi bombardirlər sırasında yer almaqla yanaşı, çempionluğu “Neftçi”ylə “Qızıl oyun”da əldən verməkdə yadda qalmışdı.

Lakin mövsümün sonunda çoxlarının gözləmədiyi halda Azərbaycanı tərk etmişdi.

İspanlar məqsədinə bu cür çatdı - VİDEO

Futbolçu karyerasını bitirəndən sonra məşqçiliyə başlayan, ayrı-ayrı dönəmlərdə “Kahramanmaraşspor”, “Qaziantepspor”, “Fatih Karagümrük”, “Darıca Genclerbirliyi”, “Tokatspor”, “Başkent Gözgözler Akademi”, “Amed” kimi komandaları çalışdıran 45 yaşlı mütəxəssisin adı bir zamanlar mətbuatda Azərbaycan klubları ilə yanaşı hallanırdı.

Bu və digər mövzular ətrafında Derelioğlu ilə çoxdan söhbətləşməyi planlaşdırsam da, müsahibə dünən gerçəkləşdi.

Futboldan küskünlüyü və sükan arxasında olması uzun-uzadı danışmağımıza mane oldu. Buna baxmayaraq, Türkiyə millisinin sabiq üzvü çarpıcı açıqlamalarla yadda qaldı.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/126072.html)

İspanlar məqsədinə bu cür çatdı - VİDEO

- Əslində, sizə zəng etməkdə məqsədim vaxtilə ölkəmizdə legioner həyatı yaşamış futbolçuların bui günləri ilə maraqlanmaq, keçmişdə yaşananlarla bağlı xatirələrini dinləməkdir. Siz isə bu mövzuda açıq danışmaq istəmirsiz.
- Qarşıda vaxtımız çoxdur. Danışmağa zaman olacaq. Bu arada “Xəzər Lənkəran”lı azarkeşlərə salamımı çatdırın. Onları çox sevirəm. Yadımdadır, o vaxt mənə çox dəstək olmuşdular. İnanılmaz dərəcədə qarşılıqlı möhtəşəm hörmətimiz vardı bir-birimizə. “Qızıl oyun”da bizi dəstəkləmək üçün avtobuslar kirayələyib, Lənkərandan Gəncəyə yollanmışdılar.

- O vaxt “Xəzər Lənkəran”a gəlişiniz ciddi əks-səda doğurmuşdu. Şəxsən mətbuatda karyeranızı Azərbaycanda davam etdirəcəyinizlə bağlı xəbəri oxuyanda ciddi yanaşmamışdım. İstanbuldan Lənkərana gəliş tarixçəsini danışa bilərsiz?
- Mübariz bəyi məyus etmək istəməmişdim (“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov – H.). Sırf onun xətrinə getmişdim Lənkərana.

- Şəxsi tanışlığınız vardı?
- Təbii ki. Tanışlığımız, münasibətimiz olduğu üçün “yox” deyə bilməmişdim.

İspanlar məqsədinə bu cür çatdı - VİDEO

- Sizə özü zəng etmişdi?
- Bəli-bəli. “Xəzər Lənkəran” mövzusunda söhbətimiz olmuşdu, məni komandasında görmək istədiyini bildirmişdi, mən də “tamam” demişdim. Söz verməsəydim, getməyəcəkdim. Sadəcə, ağzımdan söz çıxmışdı.

- “Xəzər Lənkəran”dakı dönəmi karyeranızın yaddaqalan parçası hesab edirsiz?
- Əlbəttə. Komandayla birgə möhtəşəm mövsüm keçirmişdik. Çempionluğa qədər yaxınlaşmışdıq, bombardir olmuşdum, azarkeşlərimiz də sağ olsun, hər oyunda bayram havası yaradırdı. Möhtəşəm futbol sevgisi vardı insanlarda. Təbii ki, unudulmaz günlərdir.

- Həmin vaxt aldığınız maaş da müzakirə olunurdu. Bildiyimə görə, “Xəzər Lənkəran” tarixində bir mövsümdə ən çox pul alan futbolçu olmusuz.
- Nə qədər almışdım (gülür)?

“Xəzər Lənkəran”ın muzeyində Oqtay Dərəlioğlunun geyindiyi forma

- 1 milyon dollar civarında olduğu deyilirdi.
- Elədir, 1 milyon dollar almışdım. Mübariz bəy sağ olsun, bizi heç bir şəkildə məyus etməmişdi. Nə söz vermişdisə, artıqlaması ilə yerinə yetirmişdi. O vaxt Azərbaycanda futbolçular milyon dollarlar qazanmırdı, amma mən almışdım. İndiyə baxma, o dönəmdə Oktay Dərəlioğlunun dəyəri vardı.

İspanlar məqsədinə bu cür çatdı - VİDEO

- Azərbaycanda kiminləsə əlaqəniz var?
- Düzünü desəm, yox. Dedim axı, Türkiyədəkilər də, Azərbaycandakılar da adamın qiymətini bilmirlər. Bu sözlərim azarkeşlərə aid deyil. Futboldakı əsas söz sahiblərini nəzərdə tuturam. Allah böyükdür, inşallah, zamanı gələndə başa düşəcəklər.

- Azərbaycan klublarından təklif olsa, dəyərləndirərsiz?
- Dəyərləndirərəm, əsas odur işləmək üçün imkanlar olsun.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"