"Azərbaycanda qiymət bilmirlər" - Oktay Derelioğludan "Sportinfo"ya ŞOK MÜSAHİBƏ!

2 Noyabr 2021 17:00 Müsahibə 1 832
"Azərbaycanda qiymət bilmirlər" - Oktay Derelioğludan "Sportinfo"ya ŞOK MÜSAHİBƏ!

Azərbaycana gəlib-getmiş məşhur futbolçuların arasında Oktay Derelioğlu ad-soyadı başda dayananlardan biridir desək, yanılmarıq.

Vaxtilə Tükiyə millisi, “Fənərbağça”, “Trabzonspor”, xüsusən də, “Beşiktaş”dan xatırladığımız qolçu-hücumçunun 2004-cü ilin payızında Azərbaycana gəlişi həm burda, həm də qardaş ölkədə rezonans doğurmuşdu.

“Xəzər Lənkəran”da keçirdiyi 2004-05 mövsümündə 21 oyunda forma geyinib,

17 qola imzasını yazdıran o dönəmlərin ünlü ismi bombardirlər sırasında yer almaqla yanaşı, çempionluğu “Neftçi”ylə “Qızıl oyun”da əldən verməkdə yadda qalmışdı.

Lakin mövsümün sonunda çoxlarının gözləmədiyi halda Azərbaycanı tərk etmişdi.

Futbolçu karyerasını bitirəndən sonra məşqçiliyə başlayan, ayrı-ayrı dönəmlərdə “Kahramanmaraşspor”, “Qaziantepspor”, “Fatih Karagümrük”, “Darıca Genclerbirliyi”, “Tokatspor”, “Başkent Gözgözler Akademi”, “Amed” kimi komandaları çalışdıran 45 yaşlı mütəxəssisin adı bir zamanlar mətbuatda Azərbaycan klubları ilə yanaşı hallanırdı.

Bu və digər mövzular ətrafında Derelioğlu ilə çoxdan söhbətləşməyi planlaşdırsam da, müsahibə dünən gerçəkləşdi.

Futboldan küskünlüyü və sükan arxasında olması uzun-uzadı danışmağımıza mane oldu. Buna baxmayaraq, Türkiyə millisinin sabiq üzvü çarpıcı açıqlamalarla yadda qaldı.

AFFA Region Liqasında çıxış edən iki qərb komandasına… FOTO

- Oktay abi, səsinizi eşitmək xoşdur. Necəsiz? Neynirsiz?
- Diqqətiniz üçün təşəkkür edirəm. Şükürlər olsun, hər şey yaxşıdır. Siz necəsiz? Azərbaycanda vəziyyət necədir?

- Şükür, biz də yaxşıyıq, Azərbaycan xalqı da Qarabağ torpaqlarını qaytarandan sonra yaxşıdır.
- Eşitdim, o xoş xəbəri. Allah köməyiniz olsun! Gözləriniz aydın olsun!

- Siz neynirsiz?
- Nələrsə etmək üçün çalışırıq. Hələ ki, konkret birj şey yoxdur. Gözləyirik, görək nə olur.

- Azı 1 ildir işsizsiz deyəsən.
- Bizə iş verməzlər, sevgili qardaşım.

- Niyə, abi?
- Verməzlər yəni.

- Sözün düzünü dediyiniz üçün?
- Eynən, qardaşım, eynən. Ona görə də kimdənsə iş təklifi gözləmirəm.

AFFA Region Liqasında çıxış edən iki qərb komandasına… FOTO

- Azərbaycandan da maraq yoxdur?
- Azərbaycanda da Türkiyədəki kimidir, qiymət bilmirlər.

- Xəbərdarsız sanki.
- Bu günə kimi təklif göndərən olmadı ki. Qiymət bilsəydilər, maraqlanar, soruşardılar.

- Məşqçi kimi xidmətinizə gərək duyulmayıb bu illər ərzində?
- Yox, qardaş. Heç olmadı, heç.

- Agentlər bu işdə hansısa köməklik edib?
- Kimsə nəsə danışa bilər. Amma mənim bildiyim təklif danışıqlar masası arxasında, ən azı telefonda olur. Bunlar da heç vaxt baş verməyib. Azərbaycanda bombardir oldum, nə axtaran var, nə soruşan.

- Sizdən sonra Azərbaycana xeyli sayda türk məşqçi və futbolçular gəldi: Suat Usta, Ali Cansun, Kürşat Duymuş, Bülent Korkmaz, Mustafa Denizli, Güvenç Kurtar...
- Gəldilər, nə oldu? Hansısa biri bizim qədər uğurlu ola bildimi?

AFFA Region Liqasında çıxış edən iki qərb komandasına… FOTO

- O mənada demək istəmirdim. Yəni Türkiyə ilə Azərbaycan futbolu arasında gediş-gəlişlər çox olub. Nədənsə, sizi xatırlamırlar.
- Vallah, o vaxtdan sonra mənim Azərbaycan futbolu ilə heç bir əlaqəm olmayıb (gülür).

- İşsiz dönəmdə neynirsiz bəs?
- Neynirəm? Nə vaxtsa işləyəcəyəm ümidi ilə yaşayıram.

- Pro kateqoriyasına sahibsiz, səhv etmirəmsə.
- Təbii ki.

- Bizdə də elədir. Pro kateqoriyalı məşqçilərin çoxu işsiz gəzir.
- (gülür) Dediyim kimi, orda da, burda da vəziyyət eynidir. Edə biləcəyimiz bir şey yoxdur.

AFFA Region Liqasında çıxış edən iki qərb komandasına… FOTO

- Azərbaycan üçün darıxırsız? Xatırlayırsız burdakı günləri?
- Əlbəttə, xatırlayıram. Çox gözəl günlər keçirdim gözəl Azərbaycanda. Amma olanlar keçmişdə qaldı.

- 2005-ci ildən sonra Azərbaycana səfər etməmisiz?
- Xeyr, o vaxtdan sonra gətmədim.

- Amma Azərbaycandakı günləriniz də qısa müddəti əhatə etdi, 6-7 ay.
- Klubda problemlər oldu.

- Nə kimi problemlər?
- Boş ver, qardaş. Uzun hekayədir. İnşallah, Allah ömür nəsib edər, nə vaxtsa rahat-rahat danışarıq.

AFFA Region Liqasında çıxış edən iki qərb komandasına… FOTO

- Sırf sizinlə bağlı məsələ idi, yoxsa klubda, komandada problem vardı?
- Yox-yox, başqa söhbətdir. Bir şeylər oldu. Sonra bu mövzuda danışarıq.

- Demək ki, nədənsə incik düşmüşdüz.
- Oldu, bir şeylər oldu.

- Danışığınızdan belə başa düşürəm ki, Azərbaycanda daha çox oynamaq istəyirdiz.
- Əlbəttə, istəyirdim. Hər şey yaxşı idi. O qədər qol vurub, bombardir oldum. Sən boş ver bu məsələni. Allah xeyirlisini nəsib edər, inşallah.

- Əslində, sizə zəng etməkdə məqsədim vaxtilə ölkəmizdə legioner həyatı yaşamış futbolçuların bui günləri ilə maraqlanmaq, keçmişdə yaşananlarla bağlı xatirələrini dinləməkdir. Siz isə bu mövzuda açıq danışmaq istəmirsiz.

- (davamı olacaq)
HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti