Azərbaycan yığmasına, yoxsa Bolqarıstanla Kiprə gedəcək?

20 Fevral 2020 15:46 Milli komanda 870
Azərbaycan yığmasına, yoxsa Bolqarıstanla Kiprə gedəcək?

Azərbaycan millisinin baş məşqçisi postuna əsas namizəd sayılan Covanni De Byazi başqa komanda ilə anlaşa bilər.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssisə daha iki yığmanı çalışdırmaq təklif edilib.

64 yaşlı məşqçi Bolqarıstan Futbol Federasiyası və Kipr Futbol Federasiyasından bununla bağlı təklif alıb. Üç ildir işsiz olan De Byazi 3 milli arasında seçim edəcək.

Məşqçilik karyerasının böyük hissəsi İtaliya ilə bağlı olan Covanni De Byazi 2011-2017-ci illərdə Albaniya yığmasına başçılıq edib.

Digər Xəbərlər
Xəbər Lenti