Azərbaycan komandası 11-ci Dünya Oyunlarında medalsız qaldı

11 İyul 2022 03:00 Karate 673
Azərbaycan komandası 11-ci Dünya Oyunlarında medalsız qaldı

Karateçilərimiz Amerika Birləşmiş Ştatlarının (ABŞ) Birmingem şəhərində 11-ci Dünya Oyunlarında çıxışlarını başa vurublar.

Sportinfo.az xəbər verir ki, son dünya çempionatının nəticələrinə əsasən Dünya Oyunlarına vəsiqə qazanan Asiman Qurbanlı (84+ kq), Roman Heydərov (kata) və İrina Zaretska (-68 kq) 8-9 iyul tarixlərində karate yarışlarının mükafatçıları arasına düşə bilməyib.

Yarımfinaladək irəliləyən İ.Zaretska bürünc medal görüşündə də qələbəni əldən verib. İdmançıları baş məşqçilər Qurban Tağıyev (kişilər, kumite), Denis Morozov (qadınlar, kumite) və Vahid Ayvazov (kata) müşayiət edib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançıların mükafatlandırılması mərasimində iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti