Nzonzi daha bir il Fransada

3 May 2020 12:00 Fransa 732
Nzonzi daha bir il Fransada

Fransanın "Renn" klubu "Roma"dan mövsümün sonuna qədər icarəyə götürdüyü Stiven Nzonzinin müqaviləsini uzadıb.

Sportinfo.az xəbər verir ki, Liqa 1-də mövsüm vaxtından əvvəl başa çatdırıldığı üçün "qırmızı-qaralar" 3-cü pillənin sahibi kimi Çempionlar Liqasına vəsiqə qazanıb. Bu səbəbdən klub Fransa millisinin üzvünü daha bir mövsüm icarəyə götürüb.

Nzonzi mövsümün ilk yarısını icarə əsasında "Qalatasaray"da keçirib. O, qış fasiləsində "Renn"ə keçib. 31 yaşlı dayaq yarımmüdafiəçisinin "Roma" ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı