Həsənzadə "Səbail"də aranı qatdı, baş məşqçi futbolçularını "Sabah"a apardı

25 İyun 2018 15:48 Əvəzedicilər 1 383
Həsənzadə "Səbail"də aranı qatdı, baş məşqçi futbolçularını "Sabah"a apardı

«Səbail»in 19 yaşlılardan ibarət komandasının baş məşqçisi Vasif Haqverdiyev iş yerini dəyişib.

O, «Sabah»ı seçib. Gənc mütəxəssis Premyer Liqada debüt edəcək klubunə əvəzedici heyətinin sükanı arxasına keçib.

Bu təyinat qalmaqalla müşayət olunub. Haqverdiyevin «Sabah»a getməsi «Səbail» rəhbərliyində qıcıq yaradıb. Klubun aparıcı yönəticilərindən Cahangir Həsənzadə ona qarşı çıxıb.

Çünki Haqverdiyev U-19 komandasının bütün futbolçularını özüylə əks tərəfə aparmaq istədiyini bildirib. Odu ki, məşqçinin xasiyyətnaməsində heç də yaxşı olmayan fikirlər yazılıb.

Bunu görən «Sabah»ın başbilənləri adıçəkilən çalışdırıcıyla iş birliyi qurmaqdan öncə imina edib. Fors-major vəziyyətlə üzləşən Haqveprdiyev təkrar «Səbail»ə dönməyə cəhd göstərib, bu dəfə isə Haqverdiyev 14 yaşlılardan ibarət komandanı ona tapşıra biləcəklərini deyib.

Belədə «Vətən»in direktoru Mustafa Həsənov araya girib və mütəxəssisi «Sabah»a gətirməyə müvəffəq olub.

SPORTİNFO.AZ

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı