"Hər şey alt-üst oldu, hakim qərarları ilə nəticəni kölgədə qoydu"

12 Fevral 2020 12:44 Çempionlar Liqası 791
"Hər şey alt-üst oldu, hakim qərarları ilə nəticəni kölgədə qoydu"

PSJ-nin sabiq baş məşqçisi Unay Eneri Paris təmsilçisindəki çalışdığı dönəmdən danışıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis “Barselona” ilə oynadığı qarşılaşmaları xatırlayıb:

“PSJ-də çempionluq, dörd ölkə kuboku və iki superkubok qazandım. Ancaq azarkeşlər Çempionlar Liqasını istəyirdilər. “Barselona”ya qarşı ÇL-nin 1/8 final mərhələsinin ilk görüşündə möhtəşəm oyun keçirdik.

Ancaq cavab qarşılaşmasında hər şey alt-üst oldu. Aydındır ki, matçın hakimi qərarları ilə nəticəni kölgədə qoydu. Sonrakı mövsüm isə “Real Madrid”ə məğlub olduq. Bu matçın da cavab görüşündə əleyhimizə hakim səhvlər oldu”.

Emerinin son iş yeri "Arsenal" olub. 49 yaşlı mütəxəssis hazırda klubsuzdur.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"