“Legiya"nın baş məşqçisi Mahiri bombardirdən üstün tutur

5 Avqust 2021 20:40 Bizimkilər 1 322
“Legiya"nın baş məşqçisi Mahiri bombardirdən üstün tutur

"Artıq oyun arxada qalıb. Matçdan əvvəl rəqibin topa daha çox nəzarət etmək istəyəcəyini bilirdik.

Belə də oldu. Dəfələrlə yaxşı qol epizodları yaratdıq. Varşavada tam fərqli qarşılaşma görəcəyik".

bu fikirləri Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç Xorvatiyanın paytaxtı Zaqrebdə "Dinamo" ilə 1:1 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis çexiyalı Tomaş Pekqarta start heyətdə şans verməməsinin səbəbini açıqlayıb. O, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin 3-5-2 sisteminə daha uyğun olduğunu söyləyib:

"Pekqartı yaxşı başa düşürəm. Bombardirimiz bizə çox kömək edib. Hazırlıq dönəmində yanımızda olmadığı üçün hələlik tam formada deyil.

Onunla danışdım, qərarlarımı və gözləntilərimi izah etdim. Mahir Emreli və Rafael Lopes kimi gənc oyunçularımız var. Heyətdə dəyişikliklər edəcəyik.

Daha hərəkətli olan Emreli və Lopes bu gün 3-5-2 sisteminə çox uyğun gəlir. Bu səbəbdən, belə qərar verilib".

"Dinamo" ilə görüşə start heyətdə başlayan Mahir Emreli 75-ci dəqiqədə yerini Tomaş Pekqarta verib.

Digər Xəbərlər
Xəbər Lenti