Mahir Emrelidən növbəti qol

23 İyun 2021 19:40 Bizimkilər 1 376
Mahir Emrelidən növbəti qol

Azərbaycan millisinin futbolçusu Mahir Emreli yeni transfer olunduğu Polşa “Legiya”sında ikinci matçını keçirib.

Sportinfo.az xəbər verir ki, forvard Avstriya toplanışı çərçivəsində keçirilən sonuncu yoxlama görüşünün iştirakçısı olub. O, Rusiyanın “Krasnodar” klubu ilə qarşılaşmaya start heyətində çıxıb. Mahir oyunun 39-cu dəqiqəsində hesabı açıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Emreli Avstriyanın aşağı liqa təmsilçisi “Bişofshofen” klubu ilə görüşdə (5:0) het-trikə imza atıb, komandasının ikinci matçında şans qazanmayıb.

Digər Xəbərlər
Xəbər Lenti