Azərbaycanda satışda olan ən bahalı 10 maşından ikisi klub prezidentinindir? - FOTOLAR

7 Noyabr 2019 17:48 Azərbaycan Futbolu 835
Azərbaycanda satışda olan ən bahalı 10 maşından ikisi klub prezidentinindir? - FOTOLAR

Azərbaycanda əksər sürücülər avtomobil alarkən ucuz və qənaətli olanlarına üstünlük verirlər. Ölkədə əsasən Almaniya, Yaponiya, Koreya və Rusiya istehsalı olan avtomobillərə daha çox rast gəlinir.

Lakin paytaxt Bakıda təkcə qənaətli deyil, bahalı avtomobillərə də rast gəlmək mümkündür. Baku.ws Azərbaycanda mövcud olan ən bahalı avtomobillərin TOP-10-nu (Turbo.az saytından istifadə olunub) müəyyənləşdirib. Reytinqə "Rolls-Royce"dən 4, "Bentley"dən 3, "Mercedes" və "Land Rover"dən hərəsinə bir model daxil olub.

Sportinfo.az xəbər verir ki, sosial şəbəkədə bununla bağlı müxtəlif iddialar peyda olub. Belə ki, satışa çıxarılan "Bentley"lərdən biri "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimova məxsusdur. Ən bahalı 4 "Rolls-Royce"dən birinin də "Bakı"nın prezidenti Hafiz Məmmədovun maşın parkından çıxdığı deyilir.

1. Rolls-Royce Cullinan, 6.5 L, 2019 - 1 milyon 20 min AZN

2. Bentley Mulsanne, 6.5 L, 2018 - 846 min AZN

3. Mercedes G 63 AMG, 4.0 L, 2019 - 746 min AZN

4. Mercedes G 63 AMG, 4.0 L, 2019 - 733 min AZN

5. Rolls-Royce Wraith, 6.5 L, 2017 - 663 min AZN

6. Rolls-Royce Wraith, 6.2 L, 2016 - 660 min AZN

7. Rolls-Royce Wraith, 6.5 L, 2015 - 646 min AZN

8. Bentley Continental, 6.0 L, 2019 - 630 min AZN

9. Bentley Continental, 6.0 L, 2019 - 620 min AZN

10. Land Rover Range Rover, 5.0 L, 2019 - 612 min AZN

Xəbər Lenti
2 İyun 16:14 17 qollu oyun