"Qarabağ" qrupdan çıxsa, əsl hadisə olacaq" - Kamran Əliyev

30 Oktyabr 2019 15:41 Azərbaycan Futbolu 1 097
"Qarabağ" qrupdan çıxsa, əsl hadisə olacaq" - Kamran Əliyev

"Ximki"nin hücumçusu Kamran Əliyev Sportinfo.az-a müsahibə verib:

- "Ximki" birinci divizionda turnir cədvəlinin ikinci pilləsindədir. Rusiya Premyer Liqasına yüksəlmək şanslarınızı necə qiymətləndirirsən?
- İkinci pillədə olsaq da, bununla kifayətlənməməliyik. İşimizə davam edirik. Premyer Liqaya yüksəlmək? Hər şey özümüzdən asılıdır. Məncə, bacara bilərik. Hələ qarşıda çox oyun var.

- Cari mövsüm birinci divizionda 18 oyuna 7 qol vurmusan. Qolların davamı gələcək?
- Komandama xeyir vermək istəyirəm. Vurduğum qollar komandaya kömək olursa, bu məni daha da sevindirir. Çalışacam ki, qarşıdakı oyunlarda da fərqlənim.

- Rusiyanın U-21 yığmasına hələ də cəlb edilməmisən. Bunu nə ilə əlaqələndirirsən?
- Düzünü desəm, özüm də bilmirəm.

- Rusiyanın U-21 yığmasına görə, Azərbaycanın 21 yaşlılarından imtina etmişdin. Maraqlıdır, bəs Azərbaycanın əsas milli komandasından dəvət gəlsə?
- Bilmirəm. İndidən bu barədə bir söz deyə bilmərəm.

- Azərbaycan futbolunu izləyirsən?
- Əlbəttə. “Qarabağ”ın avrokuboklardakı çıxışına da baxıram.

- "Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsinə çıxmaq şansı var...
- Çox istərdim ki, “Qarabağ” qrupdan çıxsın. Onlar çox yaxşı futbol oynayır, buna layiqdirlər. Qrupdan çıxsalar, Azərbaycan futbolu üçün də əsl hadisə olacaq.

- Özünü “Qarabağ”da təsəvvür edirsən? Səncə, bu komandada oynaya bilərsən?
- İnsan istəsə, istənilən komandada oynaya bilər. Onlara avrokuboklarda uğurlar arzu edirəm.

Mir BAĞIR

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 17:40 "Neftçi"nin yeni AĞAsı