COP29

Şamaxıda bərabərlik, "Qarabağ"dan növbəti xal itkisi - YENİLƏNİB

28 Noyabr 2022 20:54 Azərbaycan Futbolu 1 123
Şamaxıda bərabərlik, "Qarabağ"dan növbəti  xal itkisi - YENİLƏNİB

Azərbaycan Premyer Liqasında bu gün XV turun daha iki oyunu baş tutacaq.

Sportinfo.az xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Kəpəz"i qəbul edəcək.

Meydan sahibləri 10 xalla yeddinci, qonaqlar 9 xalla doqquzuncu pillədə qərarlaşıblar. Komandalar indiyədək ölkə çempionatlarında 31 dəfə üz-üzə gəliblər.

Bunların 17-də Şamaxı təmsilçisi, 7-də Gəncə klubu qələbə qazanıb. Topların nisbətində də "Şamaxı"nın üstünlüyü var - 53:30.

Günün ikinci görüşündə 40 xalla lider olan "Qarabağ" 22 xalla dördüncü sırada gedən "Zirə"ni sınağa çəkəcək.

Tərəflər bu vaxtadək Premyer Liqada 28 dəfə görüşüblər. Bunların 19-da "köhlən atlar" qələbə qazanıbsa, 9 qarşılaşmada heç-heçə qeydə alınıb.

Topların nisbətində də ölkə çempionu böyük üstünlüyə malikdir - 62:13. "Zirə" indiyədək rəqibinə qalib gələ bilməyib.

28 noyabr (bazar ertəsi)

Turun ilk matçında "Neftçi" "Səbail"i 3:1 hesabı ilə üstələyib. Tura noyabrın 29-da "Turan Tovuz" - "Sabah" və "Sumqayıt" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

14:00. “Şamaxı” – “Kəpəz” 1:1

Qollar: Qurban Səfərov, 68 - Mixeil Erqemlidze, 11
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
Şamaxı şəhər stadionu

“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov, 21. Qurban Səfərov
Baş məşqçi: Vüqar Əsgərli
“Kəpəz”: 68. Orxan Sadıqlı (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 24. Mixeil Erqemlidze
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 8. Tural Axundov, 22. Əfran İsmayılov, 80. Tural Rzayev, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 5. Peyman Keşavarzi, 19. Abdullahi Şuaybu
Baş məşqçi: Tərlan Əhmədov

19:00. “Qarabağ” – “Zirə” 0:0

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 20. Kadi Borqes, 11. Kvabena Ovusu

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 6. Julio Romao

“Zirə”: 1. Mehdi Cənnətov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 91. Coşqun Diniyev, 13. Ramin Əhmədov, 38. Ramiz Muradov, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 23. Andriya Lukoviç, 17. Toni Qomes

Hakimlər: Rauf Allahverdiyev, Rəhman İmami, Cəmil Quliyev, Əkbər Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
“Azersun Arena”

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"