"Bir neçə təklifim oldu, mən Azərbaycana getməyə qərar verdim

24 Noyabr 2022 10:40 Azərbaycan Futbolu 1 472
"Bir neçə təklifim oldu, mən Azərbaycana getməyə qərar verdim

"Azərbaycandakı karyeram mənim üçün yaxşı təcrübə oldu.

Orada maliyyə baxımından heç bir problem yox idi".

Sportinfo.az xəbər verir ki, bunu "Simurq"un sabiq futbolçusu Raul Kostin Azərbaycandakı karyerası barədə "sport.ro" saytına açıqlamasında deyib.

Bu yaxınlarda peşəkar karyerasını başa vuran veteran yarımmüdafiəçi bildirib ki, ölkə çempionatının səviyyəsi pis deyildi:

"Amma nəyisə dəyişmək imkanım olsaydı,"Vasluy"dan ayrılanda fərqli qərar verərdim. Bir neçə təklifim oldu, ancaq mən Azərbaycana getməyə qərar verdim.

Həmin vaxt "Rapid" və "Panduri"dən də dəvət var idi. Lakin mən ölkə xaricində oynamaq istəyirdim".

Raul Kostin 2013/2014 mövsümündə "Simurq"da çıxış edib. Zaqatala təmsilçisi 2015-ci ildə fəaliyyətini dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti