"Qarabağ” və "Turan Tovuz" qalib gəldi - YENİLƏNİB

13 Avqust 2022 22:25 Azərbaycan Futbolu 1 809
"Qarabağ” və "Turan Tovuz" qalib gəldi - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında II turun daha 2 oyunu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, günün ilk matçında "Sumqayıt" "Qarabağ"ı qəbul edəcək.

Hazırda "köhlən atlar" 3 xalla 2-ci pillədə qərarlaşıb. Xalı olmayan "gənclik şəhəri" təmsilçisi isə sonuncudur.

Komandalar indiyədək ölkə çempionatında 39 dəfə üz-üzə gəliblər.

Bunların 29-da Ağdam klubu, 5-də isə Aleksey Baqanın baş məşqçi olduğu komanda qələbə qazanıb. 5 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də son çempionun aşkar üstünlüyü var - 91:18.

“Qarabağ” son 5 oyunda rəqibini məğlub edib. “Sumqayıt” son 4 matçda qol vura bilməyib.

Günün digər qarşılaşması "ASCO Arena"da "Səbail" və "Turan Tovuz" komandaları arasında baş tutacaq. İlk turdan sonra hər iki kollektiv xalsızdır.

Paytaxt və bölgə təmsilçiləri indiyədək Premyer Liqada qarşılaşmayıblar.

13 avqust (şənbə)

18:20. "Sumqayıt" - "Qarabağ" 0:2

Qol: Musa Qurbanlı, 90+4, Filip Ozobiç, 90+8
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Munis Abdullayev
“Kapital Bank Arena”, 18:20

Sumqayıt: 13. Aydın Bayramov, 7. Araz Abdullayev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 23. Rifat Nurmuqamet, 70. Ouro-Nil Ture, 12. Todor Todoroski, 22. Damian Daniçiç.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 3. Vurğun Hüseynov, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 18. Süleyman Əhmədov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 30. Filipe Çabi, 37. Alya Ture.
Baş məşqçi: Aleksey Baqa.
Qarabağ: 23. Luka Quqeşaşvili, 7. Riçard Almeyda (k), 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 11. Kvabena Ovusu, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 25. İbrahima Vadji, 8. Marko Yankoviç, 20. Kadi Borges.
Baş məşqçi: Qurban Qurbanov.

20:30. "Səbail" - "Turan Tovuz" 0-1

Qol: Natan Oduva, 47
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Ceyhun Haşımov
“ASCO Arena”.

Səbail: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 6. Cabir Əmirli, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 39. Tural Bayramlı, 7. Ruslan Hacıyev, 17. Rafael Məhərrəmli, 4. Maksim Çex.
Baş məşqçi: Mahmud Qurbanov.
Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 17. Natan Oduva, 19. Runi Eva, 5. Ben Aziz Dao.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 21. Abbas Ağazadə, 9. İmeda Aşortiya, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.

Digər Xəbərlər
Xəbər Lenti