"Riqa" təxirə salınan oyunu uddu, “Seltik”ə rəqib oldu

18 Sentyabr 13:26 Avropa Liqası 249
"Riqa" təxirə salınan oyunu uddu, “Seltik”ə rəqib oldu

Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, “Riqa” ilə “Tre Fiori” arasında dünən yarımçıq dayandırılan görüş bu gün davam etdirilib.

Latviyanın paytaxtı Riqada baş tutan matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. Bununla Latviya təmsilçisi III təsnifat mərhələsində “Seltik”ə (Şotlandiya) rəqib olub. Həmin görüş sentyabrın 24-də Riqada keçiriləcək.

“Riqa” - “Tre Fiori” matçı dünən hesab 0:0 olarkən birinci hissənin gedişində arenanın işıqlandırma sistemində problem yarandığı üçün dayandırılmışdı.

“Riqa” (Latviya) - “Tre Fiori” (San-Marino) – 1:0
Pedrinyo, 57

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 21:10 “Sabah”la oynamayacaq
24 Oktyabr 16:00 Bunları niyə yazıram?
24 Oktyabr 15:04 Ronaldodan əl çəkmir