COP29

Bakıda öz həmkarını döyən tanınmış idmançıların ilkin istintaqı bitdi

27 May 09:00 Araşdırma 386
Bakıda öz həmkarını döyən tanınmış idmançıların ilkin istintaqı bitdi

MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayev, Mehman Məmmədovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Sportinfo.az xəbər verir ki,“qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq təqsirləndirilən şəxslərin vəkilləri istintaq materialları ilə tanış olublar.

Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndəriləcək.

Bu gün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həbsdə olan idmançılar barəsində seçilmiş qətimkan tədbiri müddətinin dəyişdirilmədən 20 gün (məhkəmənin hazırlıq iclasına kimi) uzadılması ilə bağlı təqdimat verib.

*Məhkəmə təqdimatı əsaslı sayaraq təmin edib.

Hadisə Səbail rayonu ərazisində baş vermişdi. İttihama görə, təqsirləndirilən idmançılar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Mübahisə zamanı idmançı Həsən Əzizov döyülüb.

Cinayət işinin istintaqı Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən aparılıb.

Ruslan Əfəndiyev və onun tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində həbsdədir. T.Musayev və M.Məmmədov barəsində isə istintaq dövrü müddəti üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Bir neçə gün əvvəl təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib.

Digər Xəbərlər
Xəbər Lenti