"Zirə" baxışa afrikalı futbolçu çağırdı - FOTO

11 Yanvar 2020 16:40 Zirə 1 941
"Zirə" baxışa afrikalı futbolçu çağırdı - FOTO

"Zirə" baxışa yeni futbolçu dəvət edib.

Klubun mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, bu, Castin Cozefdir. 18 yaşlı seneqallı oyunçu ampluaca dayaq yarımmüdafiəçisidir.

"Zirə" Cozefdən başqa, Syerra-Leone əsilli ingilis müdafiəçi Ali Sisay və moldovalı Artyom Rozqonyuku da sınaqdan keçirir. Dünənki məşqdə zədələnən Rozqonyukun adı bu gün "Ümraniyəspor"la keçirilən yoxlama oyunu üçün heyətə salınmayıb.

Digər Xəbərlər
Xəbər Lenti