"Zirə"də 4 debütant - FOTO

17 Dekabr 2019 09:37 Zirə 984
"Zirə"də 4 debütant - FOTO

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail”lə ilk görüşü 4 debütlə əlamətdar olub. Sportinfo.az xəbər verir ki, dörd futbolçu “Zirə”nin heyətində ilk kubok görüşünə çıxıb. Bunlar Elvin Camalov, Alvaro Ampuero, Miloş Bakraç və Nicat Süleymanovdu.

Bununla da turnirdə “qartallar”ın şərəfini qoruyan oyunçuların sayı 82-yə çatıb. 0:0 hesabı ilə başa çatan bu görüşədək 78 futbolçu kubok görüşlərində “Zirə”nin formasını geyinmişdi.

1/8 final mərhələsinin “Qaradağ-Lökbatan”la oyununda (4:0) 9 futbolçu “Zirə”də ilk kubok matçına çıxmışdı. Bunlar Tapdıq Əhmədov, Kənan Cəfərov, Cəlal Hüseynov, Robin Nqalande, Rafael Məhərrəmli, Orxan Sadıqlı, Anastasios Papazoğlu, Soni Norde və İbrahim Aslanlı olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!