"Ağır dönəmdən keçirik" - Rəşad Sadıqov

4 May 2021 20:10 Zirə 2 432
"Ağır dönəmdən keçirik" - Rəşad Sadıqov

"Uşaqları bağrıma basıram. Sonadək əzmkarlıq göstərdilər".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"la 1:1 hesablı bərabərə qaldıqları Premyer Liqanın XXV tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bəzi futbolçuların ayaq üstə güclə dayandığını söyləyib: "3-4 gün əvvəl 120 dəqiqə kubok matçı oynamışıq. Bu gün fiziki cəhətdən ciddi problemlərin olacağı bəlli idi. Oyunçular sonadək təslim olmadılar. "Qarabağ" bizdən daha yaxşı oynayırdı. Futbolçularımız başları yuxarı sonadək mübarizə apardılar. Çempionluğa oynayan komandaya məğlub olmadıq. Ağır dönəmdən keçirik. Futbolçuların hadisələrə reaksiyası məni qürurlandırır. 3 oyunumuz qalıb. Sonadək mübarizə aparmağa çalışacağıq". (Report.az)

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!