Rus gözəldən "Neftçi"nin… - FOTOLAR

13 Sentyabr 2020 23:40 Türkiyə 1 780
Rus gözəldən "Neftçi"nin… - FOTOLAR

"DÇ-2018"in elçilərindən olan Viktoriya Lopyreva yeni mövsümün startından öncə azarkeşi olduğu "Qalatasaray"a dəstək olub.

Sportinfo.az xəbər verir ki, İstanbul klubunun formasında fotosunu paylaşan rus gözəl "Qalatasaray"ımız mövsümə başlayır. Bu gün yanlarında olsaq da, ürəyimiz "Qalatasaray"la! Mövsümü çempion olaraq tamamlamaq diləyi ilə! #hedef23" yazıb.

"Qalatasaray" mövsümün ilk oyununda "Qaziantep"i qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.

İstanbul klubu Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibidi. Komandalar arasında oyun sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20.00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR