"Heç kimin şübhəsi olmasın ki…" - Mahirin klubundan etiraz

25 Mart 2023 11:00 Türkiyə 1 088
"Heç kimin şübhəsi olmasın ki…" - Mahirin klubundan etiraz

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" klubu Türkiyə Futbol Federasiyasının qərarına etiraz edib.

Sportinfo.az xəbər verir ki, Konya təmsilçisi bu barədə rəsmi saytı vasitəsi ilə məlumat yayıb.

Klub İntizam Komitəsi tərəfindən 612 min 500 TL məbləğində cərimələnmələrinə təəccübləndiyini bildirib:

"Bunun ədalətdən uzaq olduğu açıq-aydın görünür. Biz bu cəzaları başa düşə bilmirik.

Lazımi müraciətimizi Arbitraj Məhkəməsinə təqdim edəcəyik. Sonadək haqlı mübarizəmizi davam etdirəcəyimizə heç kimin şübhəsi olmasın".

"Konyaspor" Superliqanın XXVI turunda "Qalatasaray"la matçda baş verən insidentlərə görə cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var