COP29

"Bir evlilik güllük-gülüstan içində keçirsə, o evlilikdə problem var" - FOTOLAR

15 İyun 02:20 Türkiyə 887
"Bir evlilik güllük-gülüstan içində keçirsə, o evlilikdə problem var" - FOTOLAR

“Hatayspor”un baş məqşçi vəzifəsində çalışmış Volkan Dəmirəl bir müddətdir şəxsi həyatı ilə gündəmdədir.

Belə ki, onun 13 illik həyat yoldaşı Zeynəb Dəmirəldən boşandığı iddia olunur.

Sportinfo.az xəbər verir ki, Türkiyənin “Hadi anlat” verilişində qonaq olan Volkan Dəmirəl evliliyi ilə bağlı dediyi sözlərlə də diqqət çəkib.

“14 ildir evliyik. Evlilik uzun liqa marafonuna bənzəyir.

Biz hər şeyə birlikdə qərar verə bilən bir ailəyik. Bəzən təbii ki, qarşıdurmalar olur.

Bir evlilik güllük-gülüstan içində keçirsə, o evlilikdə problem vardır. Biz bunun içindəyik.

14-cü ilimizdəyik. 14-15 il belə davam edəcək. Mən bir az impulsiv tip idim, Zeynəb məni olğunlaşdırdı. Ən böyük tənqidçim elə Zeynəbdir”, - deyə o açıqlamasında bildirib.

Qolundakı döymənin sirrini də açıqlayan Volkan Dəmirəl “Orada bir nəfər üçün boş yer var. Bəlkə bir oğlan övladımız olacağını düşündüyümüz üçün ayırdıq.

Görək, qismət. Tatu etdirməyi xoşlayıram. Əlimdə qızlarımın adları yazılıb. Bütün bunları böyük sevgi və istəklə etmişəm”, - əlavə edib.



Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?