Xarici klubdan aldığı xəbər Mahiri ŞOK ETDİ!

16 May 2021 11:20 Qarabağ 141 552
Xarici klubdan aldığı xəbər Mahiri ŞOK ETDİ!

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli hazırda Polşanın "Visla" (Plotsk) klubunda çıxış edən Yakub Jezniçakla əlaqə yaradıb.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı hücumçu sabiq komanda yoldaşından "Legiya" klubunun oyunçulara necə diqqət göstərdiyini soruşub.

Emreli Jezniçaka "zədə olacağı təqdirdə, Varşava təmsilçisi oyunçulara baxırmı və müalicəsi üçün pul verirmi" suallarını ünvanlayıb.

Bu nüansı 24 yaşlı forvard transferi üçün vacib amil hesab edib.

Onun narahatlığına əsas da var. Çünki daha əvvəl "Legiya"nın müdafiəçisi Marko Vesoviçin zədələnməsi qalmaqala səbəb olub. Həyat yoldaşı Vesoviçin müalicəsinə klubun lazımi diqqət ayırmadığını iddia edib.

Yakub Jezniçak 2017 - 2019-cu illərdə Ağdam klubunun formasını geyinib. Mahir Emrelinin mövsümün sonunda "Legiya"ya keçəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti