“Sevgi göstərmir, mənimlə əlaqə saxlamır” – Oğlu Regedən ŞİKAYƏTLƏNDİ

19 Dekabr 2022 20:00 Qalmaqal 376
“Sevgi göstərmir, mənimlə əlaqə saxlamır” – Oğlu Regedən ŞİKAYƏTLƏNDİ

“Neftçi”nin baş məşqçisi Laurnetsiu Regekampfın adı Rumıniya mətbuatında tez-tez hallanır.

Ya adı hansısa klubla yanaşı çəkilir, ya da şəxsi həyatı ilə bağlı yazılar dərc olunur.

Yəni bu adam mətbuat üçün “yağlı tikə”dir.

Bu dəfə Regekampfın ad-soyadını daşıyan “Bebeto” ləqəbli oğlu atasını gündəmə gətirib

Baş məşqçinin tanınmış futbol meneceri Anamariya Prodanla birgə nikahdan dünyaya gələn 14 yaşlı övladı həmkarımızla söhbətdə futbolçu həyatından söz açmaqla yanaşı, atasının onunla maraqlanmadığını da bildirib.

- Özünü atanın, yoxsa ananın oğlu hesab edirsən?

- Şübhəsiz ki, anamın oğlu!

- Atan səni axtarır?

- Xeyr. Heç bir sevgi əlaməti göstərmir. O, daha mənimlə əlaqə saxlamır.

- Bəs sən?

- Mən də zəng etmirəm, soruşmuram.

- Səncə, nə vaxtsa görüşsəniz, nələr yaşanar?

- Deyə bilmərəm. Yəqin ki, buna məhəl qoymaram.

Kiçik Regekampf müsahibəsində futbolçu həyatından və gələcək arzularından da söz açıb. O, hazırda Rumıniyada istedadlı gənc və yeniyetmələrin toplaşdığı “Snaqov” akademiyasında futbolun sirlərinə yiyələnir.

“Neftçi”nin baş məşqçisi bir müddət öncə körpə oğlunun xaç suyuna batırılması mərasimini təşkil etmək üçün Rumıniyaya getmiş, rəsmi nikahda olduğu həyat yoldaşı Anamariya Prodanı küçədə döymüşdü.

O, hazırda Bakıda Korina Koçuk adlı qadınla ailə həyatını davam etdirir ki, bu, onun üçüncü evliliyidir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti