"Yenidən Azərbaycanda çalışmaq istəyərəm" - MÜSAHİBƏ

19 Oktyabr 2019 18:58 Premyerliqa 1 206
"Yenidən Azərbaycanda çalışmaq istəyərəm" - MÜSAHİBƏ

Rumıniyalı mütəxəssis, hazırda “Politexnika Yasi” klubunda çalışan “Xəzər Lənkəran”ın sabiq məşqçisi Mihay Teja Sportinfo.az-a müsahibə verib.

“Sabah” və “Qəbələ” ilə adı hallanan rumıniyalı mütəxəssis yenidən Azərbaycanda çalışmağın əksinə olmadığını bildirib:

- Rumıniyada işlərinizin qaydasında getdiyini deyə bilərik. Hazırda komandanız avrokuboklar uğrunda mübarizə aparır?
- İşlərimiz pis getmir, komanda beşinci pillədədir. Bəli, avrokuboklar uğrunda mübarizə aparırıq. Necə olacağını görəcəyik.

- Sizə “Sabah” və “Qəbələ”dən təklif olub? Azərbaycana qayıtmaq üçün hər hansı danışıqlar aparmısız?
- Azərbaycan klubları ilə danışıq aparmamışam. Amma söz-söhbət hər zaman olur. Lakin konkret olaraq hansısa klubda şəxsən mənə təklif gəlməyib.

- Yaxşı, həmin söz-söhbət konkret təklifə dönərsə necə, Azərbaycanda yenidən çalışmaq istəyiniz var?
- Əlbəttə ki, konkret təklif olsa, danışmaq olar. Azərbaycanda yenidən çalışmaq istəyərəm. Əvvəllər də orada işləmişəm. Ölkənizdə çalışmaq mənim üçün zövq idi.

- Azərbaycan hansı klublarla maraqlanırsız və hansı klubumuzda çalışmaq istəyərdiz?
- Azərbaycan klublarından yaxşı təklif gələrsə, niyə də olmasın? Düzünü desəm, avrokuboklarda oynamaq istəyən klublarla daha çox maraqlanıram. Azərbaycanda çalışmaq mənim üçün önəmlidir.

- Bir vaxtlar məşqçi kimi çalışdığınız "Xəzər Lənkəran" hazırda fəaliyyət göstərmir. Onların Premyer Liqada olmaması haqda nə deyə bilərsiz?
- "Xəzər Lənkəran"a görə üzgünəm. Çünki mən orada gözəl anlar keçirmişəm. Komandanın çox güclü və yaxşı azarkeşləri var idi. Oradakıların hamısı yaxşı insanlar idi. Biz Azərbaycan kubokunu qazanmışdıq, hər şey gözəl idi. Hazırda “Xəzər Lənkəran”ın fəaliyyət göstərməməsinə üzülürəm. Çempionluq uğrunda mübarizə aparırdıq, həqiqətən unudulmaz anlardı.

Mir BAĞIR

Digər Xəbərlər
Xəbər Lenti