"Nə millidə, nə də klubumda özümü uduzmuş kimi görürəm"

15 Sentyabr 2019 21:14 Premyerliqa 710
"Nə millidə, nə də klubumda özümü uduzmuş kimi görürəm"

"Səbail"in moldovalı yarımmüdafiəçisi Yevgeni Koçuk Premyer Liqanın IV turunda səfərdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Oyundan öncə arxa xətdə sıxlıq yaradıb, daha çox müdafiədən əks-hücumlara keçməyi planlaşdırmışdıq. Rəqibi analiz etmişdik. Onların da əks-hücumlarda yaxşı oynadığını bilirdik. İlk hissədə bərabərsəviyyəli mübarizə getdi. İkinci yarıda isə biz daha çox müdafiə olunduq. Qalib gəlib 3 xal götürmək vacib idi.

- İlk qolun ofsayddan vurulduğu iddia olunur. Bu barədə nə deyə bilərsiz?

- Həmin vaxt mən meydanın mərkəzində qaçırdım. Epizodu görmədim. Ona görə dənəsə demək çətindir. Təkrara baxmaq lazımdır.

- "Səbail"də daim əsas heyətdə meydana çıxırsız. Moldova millisində isə ehtiyatda qalırsız...

- Bunu bizim federasiya rəhbərliyindən, məşqçilərdən soruşmaq lazımdır.

- Siz özünüz soruşmusuz?

- Mən soruşdum. Rəqabətə görə belə olduğunu dedilər.

- Deməli, rəqabətdə komanda yoldaşlarınıza uduzursuz?

- Mən nə millidə, nə də klubumda özümü uduzmuş kimi görürəm. Üzərimə nə düşürsə, onu da edirəm.

- Növbəti turda "Qəbələ" ilə qarşılaşacaqsız. Həmin görüş barədənə düşünürsüz?

- Bu gün hər şey bizim üçün plan üzrə gedir. "Qəbələ"ilə matça da ciddi hazırlaşmaq lazımdır. Çempionatda yalnız "Qarabağ"a uduzmuşuq. Onlar güclü rəqibdir. Başabaş oynamaq çətindir. Qalib gəldik. Bu əhval-ruhiyyə ilə davam etməliyik. Konkret məqsədimiz yoxdur. Sadəcə, hər oyuna yaxşı nəticə üçün çıxırıq.

Elvin

Digər Xəbərlər
Xəbər Lenti