
"Maksimum dərəcədə çalışıb qarşıdakı oyuna hazırlaşırıq. Növbəti qələbə üçün əlimizdən gələn hər şeyi edəcəyik".
Bu sözləri Sportinfo.az-a qarşıdakı tur "Zirə" ilə qarşılaşacaq "Neftçi"nin hücumçusu Mirabdulla Abbasov deyib.
"Sabah"la görüşdə fərqlənən hücumçu uğurun davamını gətirməyə çalışacağını bildirib: "Baş məşqçimiz kimi məsləhət bilsə, ilk onbirlikdə onu buraxacaq. Əsas heyətdə başlasam və ya sonradan meydana çıxsam da əlimdən gələnin yaxşısını komandam üçün etməyə hazıram.
Abbasov növbəti tur "Qarabağ"la derbinin azarkeşsiz keçiriləcəyinə təəssüfləndiyini qeyd edib: "Əlbəttə ki, azarkeş amili çox önəmlidir. Xüsusi ilə də "Qarabağ"a qarşı görüşlərdə.
Hər iki tərəfin azarkeşləri də oyuna rəng qatır, futbola gözəllik gətirirlər. Azarkeşlərimizin tribunada olması gücümüzə güc qatır. Ümid edirəm ki, koronavirus məsələsi tez bir zamanda öz həllini tapar və biz yenidən öz azarkeşlərimizin satdionlarda bizə dəstəyini görərik"