"Neftçi"dən yaxşı heç nə demədi, "Qarabağ"ı təriflədi - - Baqali Dabo

31 Oktyabr 15:46 Müsahibə 459
"Neftçi"dən yaxşı heç nə demədi, "Qarabağ"ı təriflədi - - Baqali Dabo

Azərbaycanda "Qəbələ” və "Neftçi” klublarında çıxış etmiş, hazırda isə "Apollon”un formasını geyinən Baqali Dabo Kipr mətbuatına geniş müsahibə verib.

Sportinfo.az xəbər verir ki, fransalı hücumçu söhbət əsnasında "Qəbələ” və "Neftçi”ni tərk etmə səbəbini də açıqlayıb.

- "Apollon”dan sizə maraq nə zaman başladı?

- Azərbaycanda çempionat davam edirdi, "Apollon” mənimlə maraqlandığı üçün mayda menecerimlə danışıq aparmağa başladı. Mən də "niyə də yox” dedim. Azərbaycanda karantin şəraitində idik, çempionatın davam edib-etməyəcəyini bilmirdik. Bu üzdən qərarımı tez verdim.

- Başqa təklifləriniz yox idi?

- Fransa, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən təklif almışdım. Ancaq yenə avrokuboklarda çıxış etmək istəyirdim. Buranı seçməyimin yeganə səbəbi də məhz Avropa Liqasında oynamaq istəyi idi. Futbolçunun bir neçə hədəfi olur, avrokuboklarda mübarizə aparmaq da onlardan biridir.

- Təkliflər hansı klublardan idi?

- Fransanın ikinci liqasında "Klermon”, "Havr”, Türkiyədə Super Liqaya vəsiqəni təmin edən "Ərzurum BB” mənimlə maraqlanırdı.

- Yəni pulu deyil, karyeranı üstün tutdunuz?

- Bəli, daha çox pul qazanmağa hələ vaxtım olacağını düşünürəm. "Apollon”da "Neftçi”dəkindən az maaş alıram. Bura gəlməyim daha yaxşı karyera qurmaq istəyimdən qaynaqlandı. Koronavirus pandemiyasından sonra bütün dünyada futbolçuların maaşlarının azaldılması normaldır. Pul itirməyim məni narahat etmədi, çünki yaxşı kluba keçdim. Mən əvvəlcə karyeranı, sonra pulu düşünürəm.

- İki çempionatda oynamaq baxımından fərqlər hansılardır?

- Burada gücə daha çox diqqət yetirilir. Futbolun daha aqressiv olduğunu deməzdim, çünki bəzi hallarda 10 oyunçunun hamısının topun arxasınca qaçdığı komandalarla qarşılaşırsan. Düşünürəm ki, əsas fərq fiziki güclə bağlıdır. Azərbaycanda futbola baxış bir qədər fərqlidir. Bir gün ən yaxşısısan, ertəsi gün ən pissən.

- Azərbaycanda "Qəbələ”ni "Neftçi”yə dəyişəndə birincilərin azarkeşlərinin buna reaksiyası necə olmuşdu?

- Bəzi reaksiyalar oldu. Meydana çıxanda bununla bağlı bir şeylər yazmışdılar, mən də instaqram səhifəsi vasitəsilə buna cavab vermişdim. Ancaq "Qəbələ” azarkeşləri ilə problemim yoxdur. Bu gün də bəziləri mənə mesaj göndərir, "Apollon”da vəziyyətimi soruşurlar.

- "Neftçi”də olarkən karantin dönəmində "Qarabağ” formasında şəkliniz internetə yayıldı və bu, problemə çevrildi. Sizin buna reaksiyanız necə oldu?

- Karantin dövrü idi, evdə otururdum. Heç bir yerə getmirdim, istirahət edirdim, eyni zamanda məşqlərimi keçirdim. Həyat yoldaşım sadəcə şəklimi çəkib paylaşdı və klub bunu böyük dram kimi təqdim etdi. Halbuki xüsusi bir şey deyildi. Bu gün hamının "Qarabağ”dan danışdığını görə bilərsiniz. Sadəcə Kiprdə oynamış bir dostumun köynəyi idi. Həmin formanı Dino Ndlovu "Qarabağ”la ilk dəfə Çempionlar Liqasında oynadığı zaman geyinmişdi.

- "Qəbələ”dən "Neftçi”yə getməyinizin səbəbi nə olmuşdu?

- Müqaviləmlə bağlı müzakirələrdə fikir ayrılıqları yaşandı. Klub yeni 1 illik müqavilə istəyirdi, mən isə 2 illik. Tamamilə bir detal məsələsi idi. Həm də baş məşqçi getmişdi və hansı mütəxəssisin gələcəyini bilmirdim. Düşünürəm ki, ayrılmağın ən doğru vaxtı idi. Fikrimcə, maliyyə yox, uzunmüddətli müqavilə daha vacibdir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 22:20 Niyə AFFA yox, "Qarabağ"?