"Mətbuatda yazılanlarla bağlı məsuliyyət daşımıram"

26 Noyabr 2019 14:30 Müsahibə 1 141
"Mətbuatda yazılanlarla bağlı məsuliyyət daşımıram"

"Zirə"nin paraqvaylı hücumçusu Xulio Sezar Rodriges Sportinfo.az-a müsahibə verib.

- Əvvəlcə ötən tur "Keşlə"ni 3:1 hesabı ilə məğlub etdiyiniz oyun barədə fikirlərinizi bilmək istərdim. 2 qol, 1 məhsuldar ötürmə ilə oynadız.

- Yaxşı oyun oldu, rəqibin müdafiədən hücum qurmasını əngəlləmək üçün irəlidə pressinq tətbiq etməyimiz işimizə yaradı. Onların itirdiyi toplardan sonra dərhal qurduğumuz hücumlar nəticəsində ardıcıl qollar vurduq.

- "Keşlə" sizinlə qarşılaşmaya qədər 2-ci pillədə idi. Bu cür asan qələbə qazanacağınızı gözləyirdiz?

- Açığı, "Keşlə"yə qarşı oyun düşündüyünüz qədər asan olmadı. Rəqibdən daha yaxşı oynadığımız və yaratdığımız qol imkanlarından faydalandığımız üçün qələbə qazandıq.

- Ötən turu qeyri-müəyyən səbəbdən buraxmışdız. Bizdə olan məlumata görə, Samir Abasovla bağlı səsləndirdiyiniz fikrə görə cəzalandırılmışdız...

- Mətbuatda yazılanlarla bağlı məsuliyyət daşımıram. Mən sadəcə, zədəli idim.

- Zaur Həşimovun gəlişindən sonra komandada canlanma hiss olunur. "Keşlə" üzərində qələbə də bunu sübut etdi. Maraqlıdır, Həşimov komandaya nə yenilik gətirib ki, futbolçular meydanda can qoyurlar?

- Biz həmişə meydanda can qoymuşuq. Komanda qol vəziyyətləri yaradır və bundan maksimum faydalanmağa çalışır.

- Riçard Qadze ilə meydanda bir-birinizi yaxşı başa düşürsüz. Yəqin, adaptasiyanın bu qədər tez olacağını gözləmirdiz...

- Hər ikimiz komanda üçün oynayırıq. Ona görə də meydanda yaxşı anlaşırıq.

- Geridə qalan 12 tur ərzində 4 qol vurmusuz. Bu mövsüm üçün qol hədəfiniz neçədir?

- Məqsəd həmişə öz üzərimdə çalışmaq, bacardığım qədər çox qollar vurmaqdır. Amma ən önəmlisi komandadır. Komanda yaxşı oynayanda qollar özü gəlir.

Elur SALAHOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA