Əmrah Çəlikəl: "Hələlik bir problemlə üzləşməmişik"

7 Noyabr 2019 10:35 Müsahibə 1 405
Əmrah Çəlikəl: "Hələlik bir problemlə üzləşməmişik"

Bu gün Kiprdə APOEL və "Qarabağ" arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin IV tur matçına maraq aşağı səviyyədədir. Balla.com-un məlumatına görə, oyun üçün biletlərin satışı qənaətbəxş deyil.

Bildirilir ki, hər zaman azarkeşlərinə güvənən Nikosiya təmsilçisi bu durumdan məyus olub. Həmçinin qeyd olunub ki, həlledici görüşdə "GSP Arena"nın "qaynayacağı" ehtimal olunsa da, bu, baş verməyəcək.

Matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Oyun 1/16 finala vəsiqə baxımından hər iki komanda üçün böyük əhəmiyyət daşıyır. Hazırda "Qarabağ" A qrupunda 4 xalla 2-ci, APOEL 1 xalla sonuncu pillədə qərarlaşıb. Nikosiyadakı "GSP Arena" 22 min 819 azarkeş tutumuna malikdir.

Dünən GSP stadionunda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilməli idi. Lakin Ağdam klubunun çalışdırıcısı mətbuat qarşısına çıxmayıb. Buna səbəb mətbuat konfransına kiprli jurnalistlərin maraq göstərməməsi və konfransa gəlməməsidir.

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl bütün bunlarla bağlı Sportinfo.az-a açıqlama verib: "Hazırda düşərgədə hər şey əladır. Bizi çox yüksək səviyyədə qarşıladılar. Burada gördüyümüz münasibət bizi qane edir.

Mətbuat konfransının keçirilməməsinə gəldikdə, jurnalistlərin orada istirak etməməsinin bizimlə bağlı deyil. Əsas səbəbini bilmirəm. Bizim üçün əsas komandanın oyuna tam hazır olması və lazımi şəraiti yaratmaqdır.

Hələlik bir problemlə üzləşməmişik. Bu gün matça marağın yüksək olacağına inanıram. İnşalah, Kiprdən sərfəli nəticəylə qayıtmaq ücün hər kəs əlindən gələni edəcək".

Digər Xəbərlər
Xəbər Lenti