"Milliyə məni çağırırlar, "Səbail"i yox" - MİRABDULLA ABBASOV

29 Oktyabr 2019 15:29 Müsahibə 1 961
"Milliyə məni çağırırlar, "Səbail"i yox" - MİRABDULLA ABBASOV

"Səbail"in hücumçusu Mirabdulla Abbasov Sportinfo.az-a müsahibə verib.

- Əvvəlcə “Qarabağ”la oyun barədə fikirlərini bilmək istərdik...

- Düşünürəm ki, komandamız axıra qədər yaxşı döyüşdü. Əlbəttə, üzücü haldır ki, meydanı xalsız tərk etdik. Halbuki, xal qazanmağa çox yaxın idik.

- Neçə oyundur qol vura bilmirsən. Bunun səbəbi nədir?

- Ümid edirəm ki, yaxın zamanlarda "tilsimi" qırıb, qol vuraram (gülür).

- Son vaxtlar milliyə də dəvət almırsan. Bu, "Səbail"in zəif çıxışı ilə bağlıdır, yoxsa sənin?

- Yox, düşünmürəm ki, bu, "Səbail"lə bağlıdır. Çünki milliyə məni çağırırlar, "Səbail"i yox (gülür). Baş məşqçinin fikridir. Yəqin, oyunumu bəyənmir. Qərarına hörmətlə yanaşıram. Əlimdən gələni edəcəm ki, yenidən milli komandanın heyətinə cəlb olunum.

- Avroliqada iştirakınıza görə, UEFA-dan ötən həftə "Səbail"a pul köçürüldü. Söz verilən mükafatı ala bildiz?

- Bəli, almışıq. Klubun bizə borcu yoxdur.

NƏZRİ ƏLİSOY

Digər Xəbərlər
Xəbər Lenti