"Narahatlığa əsas yoxdur" - "SABAH"IN BOMBARDİRİ

28 Oktyabr 2019 12:00 Müsahibə 655
"Narahatlığa əsas yoxdur" -

"Sabah"ın Qvineya əsilli fransız hücumçusu, hazırda 3 qolla komandanın ən sərrast futbolçusu olan Amadu Diallo Sportinfo.az-a müsahibə verib.

- Premyer Liqanın son turunda "Zirə" ilə ev oyununda dubl etdiz. Təəssüratlarınızı bilmək maraqlı olardı...

- Əlbəttə, buna görə özümü yaxşı hiss edirəm. 2 qol vurduğum üçün xoşbəxtəm. Amma təəssüf ki, bu, qələbə üçün yetərli olmadı və biz 3 xalı əldən verdik.

- Hesabda geri düşsəz də, ilk hissə bitməmiş vəziyyəti öz xeyirinizə dəyişə bildiz. İkinci yarıda isə sanki komandanız "yatdı". Niyə arxayınlaşdız?

- Doğrudan da ilk 45 dəqiqədə yaxşı oynadıq. Fasilədən sonra isə top daha çox rəqibdə oldu. İlk yarıdakı kimi çıxış edə bilmədik. Əsas səbəb budur.

- Mövsümün əvvəlində "Sabah"ın qarşısına Avroliqaya düşmək hədəfi qoyulub. Komanda isə hələ də qeyri-stabil çıxış edir və aşağı sıralardadır...

- Yeni komandayıq. Hər şey sıfırdan qurulur və biz bir-birimizə yenicə uyğunlaşırıq. Narahatlığa heç bir əsas yoxdur. Bir az vaxt və sabitlik lazımdır.

- Artıq 3 aydan çoxdur Azərbaycandasız. Ölkəmiz və futbolumuz haqda fikirləriniz necədir?

- Ölkə əladır. Özümü burada yaxşı hiss edirəm. Hesab edirəm ki, Azərbaycan futbolu gələcəkdə bundan da yaxşı olacaq.

- Bura gələnə qədər Belçika və Fransada oynamısız. Yəqin ki, səviyyə fərqi müqayisə olunmayacaq dərəcədədir...

- Belçika və Fransada futbol xeyli inkişaf edib. Həmin ölkələrdə daha çox taktiki və fiziki futbola üstünlük verilir.

- Azərbaycan çempionatında azarkeş problemi var. İnsanlar stadionlara yalnız avrokubok oyunlarında gəlir. Boş tribunalar qarşısında oynamaq çıxışınıza təsir edir?

- Əlbəttə, azarkeş futbolda önəmli amildir. Amma mən ilk növbədə öz oyunumu yaxşılaşdırmağa köklənməliyəm.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti