Ruslan Qurbanov: "Qol vura bilməməyim məni narahat edir"

25 Sentyabr 2019 14:48 Müsahibə 953
Ruslan Qurbanov: "Qol vura bilməməyim məni narahat edir"

“Keşlə”nin hücumçusu Ruslan Qurbanov Sportinfo.az saytına müsahibə verib:

- "Neftçi" ilə matçda qalib gələ bilmədiniz. Halbuki bir hissə rəqibdən sayca üstün idiz. Belə olan halda hesab sizi razı sala bilər?
- "Neftçi" meydanda azlıqda qalmışdı. Biz fərqlənmək üçün öz vaxtımızı gözləyirdik. Qol imkanları da yarada bildik. Təəssüf ki, şanslarımızdan istifadə edə bilmədik. Qalib də gələ bilərdik, uduza da bilərdik. Məncə, hesab ədalətli oldu.

- Vaxtilə çıxış etdiyin "Neftçi" hazırda yaxşı vəziyyətdə deyil. Komanda 6-cı yeri tutur.

- Məncə, bu məsələ zamanla düzələcək. İnanıram ki, "Neftçi" çətin vəziyyətdən çıxacaq. Çünki yaxşı heyətləri var, futbolçuları güclüdür. Sadəcə "Neftçi"yə vaxt lazımdır.

- "Neftçi” ilə oyuna xüsusi motivasiya ilə çıxmışdın? Sanki keçmiş komandana qol vurmaq üçün alışıb-yanırdın...
- Tək “Neftçi”yə yox, bütün komandalara qol vurmaq istəyirəm. Qol vura bilməməyim məni narahat edir. Nə olduğunu anlamıram. Yəqin hələ bəxtim gətirmir.

- Bəlkə oyunun istədiyin kimi alınmır deyə qol vura bilmirsən?
- Öz oyunum haqda danışmaq doğru olmazdı. Qoy, bunu məşqçi qiymətləndirsin. Daha da artırmaq, “Keşlə”yə xeyir vermək istəyirəm.

- Növbəti turda rəqibiniz "Zirə"dir. Turnir cədvəlində eyni xala maliksiz. Qələbə qazana biləcəksiz?
- "Zirə" güclü rəqibdir. Həmin oyuna ciddi hazırlaşacağıq. Onları məğlub etmək istəyirik. Çətin olsa da, üç xal üçün oynayacağıq.

- Bu dəfə ev oyununuzu Bayılda, "ASCO Arena"da keçirəcəksiniz. Hər dəfə rəqibləri fərqli məkanda qəbul etmək oyununuza təsir etmir?
- Hansı stadionda oynamağımızın fərqi yoxdur. Əsas qalib gəlməkdir. Əlbəttə, təbii örtüklü meydanda oynamaq daha yaxşı olardı. Amma istənilən yerdə oynamağa hazırıq, əsas odur ki, qalib gələk.

Mir BAĞIR

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”