COP29

Rəşad Sadıqov: “Biz daha çox problem yaşayırıq”

10 İyul 09:20 Müsahibə 1 962
Rəşad Sadıqov: “Biz daha çox problem yaşayırıq”

Sportinfo.az xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Avropa Liqasının I təsnifat mərhələsində Moldova “Şerif”i ilə keçiriləcək səfər oyunu öncəsi AZƏRTAC Dövlət Agentliyinə müsahibə verib.

- "Şerif"lə səfər oyununa komandanızın hazırlığı necə keçdi?

- Komandanın hazırlıq prosesi normal keçib. Avropa Liqasının oyunlarına erkən - birinci mərhələdən başlayırıq. Bu da müəyyən dərəcə çətinlik yaradır. İmkan daxilində çalışırıq ki, oyuna tam hazır olaq. Təbii olaraq, idman formasını tam yığa bilməmişik, lakin var gücümüzlə çalışacağıq ki, rəqibə layiqli müqavimət göstərək.

- “Zirə”nin heyətinə yeni futbolçular cəlb edilib və gedənlər də olub. Qısa zamanda yeni komandanın formalaşması prosesi sizi qane edirmi?

- Yeni futbolçuların komandaya uyğunlaşması ilə bağlı hər hansı sıxıntımız yoxdur. Çünki transferlərimizin çoxu daxili çempionatda oynayan futbolçulardır. Ona görə də çempionatımıza, komandamıza yaxşı bələddirlər. Bu baxımdan ciddi sıxıntımız yoxdur. Anje Mutsinzi də sıralarmıza yeni qoşulub. O da sanki özünü neçə ildir “Zirə” komandasında oynadığı kimi hiss edir. Bu amil də yaxşı tərəfdən bizi sevindirir. Təbii ki, futbolçuların oyun planında komandaya tam uyğunlaşması ilə bağlı vaxta ehtiyac olacaq. Ancaq ümid edirəm ki, futbolçular adaptasiya dövrünü qısa zamanda keçə biləcəklər.

- “Şerif”lə oyunöncəsi komandada əhvali-ruhiyyə necədir?

- Komandanın düşərgəsində əhvali-ruhiyyə yüksəkdir. Futbolçular böyük həvəslə oyuna hazırlaşırlar. Hiss edirəm ki, səbirsizliklə oyunu gözləyirlər. Ən vacibi, soyuqqanlı qalıb, məşqlərdə, oyunlarda, çempionatda etdiklərimizi iyulun 11-də “Şerif”lə ilk səfər oyununda göstərməkdir. Mən futbolçularıma inanıram.

- İlk oyundan gözləntilərinizi bilmək istərdik...

- İlk oyun hər iki komanda üçün müəyyən problem yarada bilər. Çünki bir-birimizə yaxşı bələd deyilik. Xüsusilə də “Şerif”lə müqayisədə biz rəqibi tanımaq baxımından daha çox problem yaşayırıq. Moldova klubunun heyətində yeni transferlər, dəyişikliklər var. O üzdən də birinci oyuna xüsusi hazırlaşmışıq. Komanda meydanda rəqibə, onun oyun üslubuna tez bir zamanda uyğunlaşmalıdır. Gözləntim odur ki, Bakıya yaxşı nəticə ilə dönək.


Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 18:10 Çək və bizə göndər!
22 İyul 11:00 Dama-dama göl olar…