“Sosial şəbəkələrə baxırsan, hamı istirahət edir, biz isə...” – Bir həftənin əzabı

30 May 23:00 Müsahibə 164
“Sosial şəbəkələrə baxırsan, hamı istirahət edir, biz isə...” – Bir həftənin əzabı

“Qəbələ”nin futbolçusu İsaak Amoah Sportinfo.az-a müsahibə verib.

25 yaşlı qanalı müdafiəçi Premyer Liqa uğrunda keçirilən pley-off matçında komandasının “Mingəçevir” üzərində qazandığı 2:0 hesablı qələbədən sonra sualları cavablandırıb.

- 33-cü turdakı oyununuzu mayın 21-də “Şamaxı”ya qarşı keçirib istirahətə yollanmalıydınız. Lakin hamı evində dincəldiyi halda, siz pley-off görüşünə hazırlaşmaq üçün məşq etməliydiniz. Bir həftə ərzində keçirdiyiniz hisləri dilindən eşitmək maraqlıdır.

- Həqiqətən çox ağır idi. Sosial şəbəkələrdəki paylaşımlarda baxırsan ki, hamı istirahət edir, yaxınları ilə xoş vaxt keçirir, biz isə mayın 28-ni gözləməliydik. Hər nə qədər sıxıcı dönəm olsa da, bu, bizə “Mingəçevir”ə bir o qədər də motivasiya verirdi. Çünki düşdüyümüz vəziyyətdən özümüzü çıxarmalıydıq. Depressiyaya qapılsaydıq, sonluq yaxşı olmaya bilərdi. Əsas odur ki, “Qəbələ”ni Premyer Liqada saxlamağı bacardıq.

- Bu müddətdə içindən I Liqaya yuvarlanmaq qorxusu keçirdi?

- Öz adımdan deyim ki, komandamın gücünə inanıram. Uduzmaq barədə qətiyyən düşünmürdüm. Sadəcə oyunun necə keçəcəyi mənim üçün maraqlı idi. Çünki ilk hissədə hesabı aça bilməsəydik, fasilədən sonra rəqib böyük qüvvə ilə qapanıb oyunu əlavə vaxta, yaxud penalti seriyasına daşıya bilərdi. Bizə hesabı açmaq lazım idi ki, rəqib futbolçular müdafiədən çıxsın və rahat şəkildə oyunumuzu nümayiş etdirək. Ümumi götürsək, qələbə qazanacağımıza şübhə etmirdim.

- Çempionat başa çatdı. Mövsümə qiymət verməli olsan, “Qəbələ”nin xanasının qarşısına hansı rəqəmi yazardın?

- Təbii ki, yüksək qiymət düşmür. 12 komanda arasında 11-ci yerdə qərarlaşmaq yaxşı nəticə sayıla bilməz. Bir çox hallarda səhvlərə yol verdik, azarkeşlərimizi üzdük və təbii ki, özümüz məyus olduq. Halbuki daha yaxşısını edə bilərdik. İstənilən halda əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Ümid edirəm ki, növbəti mövsüm “Qəbələ” üçün daha yaxşı olacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti