“Onda xarakter çatışmazlığı var” - “Neftçi”nin legioneri gözünü yumdu, agzını açdı!

20 Aprel 20:00 Müsahibə 725
“Onda xarakter çatışmazlığı var” - “Neftçi”nin legioneri gözünü yumdu, agzını açdı!

Dramatik keçən “Zirə” – “Neftçi” qarşılaşmasında komandalar hərəyə bir dəfə fərqlənməyə müvəffəq olsalar da, hakim idarəçiliyi matça damğa vurdu.

İnqilab Məmmədovun ilk hissədə meydan sahiblərinin qapısına penalti təyin etməməsi, zirəlilərin bərabərlik qolu zamanı oyundankənar vəziyyəti qeydə almaması, rəqibin ehtiyat oyunçular skamyasında əyləşənləri təxribata çəkən Junior Martinsi meydandan qovmaması – bu və digər amillər oyunu izləyənlərdə ciddi suallar yaratdı.

Əvəzlənəndən sonra qarşısında qırmızı vərəqə görən Breno Almeyda görüşdən sonra özünə yer tapa bilmirdi.

Braziliyalı yarımmüdafiəçi Sportinfo.az-a verdiyi müsahibədə gözlərini yumub, ağzını açdı.

- Nəticə oyuna görə oldu?

- Xeyr, matç bu hesabla başa çatmamalıydı. Hakimlər belə idarəçilik etməli deyil. Cibindəki vərəqələrə sağa-sola paylamaqla işi bitmiş saymaq olmaz. O ki qaldı oyuna, bu gün çox yaxşı futbol nümayiş etdirdik. Məşqlərdə üzərimizdə dayanmadan işləyirik və buna görə məğlubedilməz şəkildə davam edirik. 100 faizin 1 faizi şansa bağlıdırsa, 99 faiz çəkdiyimiz zəhmətin bəhrəsidir.

- Son 10 dəqiqədə “Neftçi”yə nə olmuşdu?

- Bu cür oyunlarda belə gedişat normaldır. Hesabda geridə olan rəqib üstünə gəlir, təzyiq göstərir, qol vurmağa çalışır. Bu matç geridə qaldı. Qarşıda bizi “Qarabağ”la oyunlar gözləyir, onlara hazırlaşmalıyıq.

- Baş hakim niyə məhz səni texniki zonadan qovdu? Nə etdin? Nə dedin?

- İnanın, səbəbini indiyə qədər özüm də başa düşə bilmirəm. Rəqibin braziliyalı futbolçusu Junior Martins “Neftçi”nin ehtiyat oyunçular skamyasında əyləşənlərə hörmətsizlik etdi. Bu, yolverilməzdir. Onun etdiyi təhqir və təxribat idi. Martinsdə xarakter çatışmazlığı var. Hakim vəziyyəti düzgün qiymətləndirməklə ədalətli qərar verə bilərdi. Qırmızı vərəqəni ona verməliydi, mənə yox. Çünki “Neftçi”ni təhqir edən, təxribata yol açan “Zirə”nin futbolçusu idi, mən yox. Matçın sonlarında meydanda yaşananlar hakimin oyuna nəzarəti əldən verməsinə görə oldu. Hakim qərar verəndə düşünməli və qəti olmalıdır.

- “Qarabağ”la matçlarda iştirak edə bilməyəcəksən. Yoxluğun komandaya necə təsir edəcək?

- Keyfiyyətli komandaya sahibik. Hamı bir nəfər baş məşqçimizə güvənirik və onun tapşırıqlarını yerinə yetiririk. Meydanda olmasam da, komandanın yanında olacam.

- Mövsümün sonuncu 4-cü pillə “Zirə”nin olacaq, yoxsa “Neftçi”nin?

- 1 faiz şans varsa, o da “Neftçi”nin olacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti