"Nə gözəl, buna ancaq sevinmək olar" - Milli üzvündən maraqlı reaksiya

17:45 Müsahibə 110
"Nə gözəl, buna ancaq sevinmək olar" - Milli üzvündən maraqlı reaksiya

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov "FİFA series 2026"da Sent-Lüsiyanı məğlub etdikləri görüşdən (6:1) sonra Sportinfo.az-a müsahibə verib.

- Rahat qələbə qazandınız. Nələr deyə bilərsən?

- Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Rəqib də dişimizə görə idi. Oyunda da bunu göstərə bildik. Uzun müddətdir qələbə qazana bilmirdik. Bu baxımdan yaxşı oldu. Belə oyunlarda qələbə qazanmaq lazımdır ki, komandada inam artsın. Vacib olan qələbəni əldən etdik. Bütün kollektivi təbrik edirəm.

- 18 aydan sonra gələnə qələbə həm də Azərbaycan millisinin tarixinə ən böyük hesablı qələbə kimi düşdü...

- Dəqiq?

- Bəli...

- Nə gözəl. Hamını təbrik edirəm. Əlbəttə, buna ancaq sevinmək olar. Buna qədər olan rəqiblərimiz güclü idi. Orada yaxşı mübarizə aparmışdıq, yaxşı oyunlarımız olmuşdu, amma qələbə mümkün olmamışdı.

- Bugünkü qələbəni rəsmi oyunlara daşımaq mümkün olacaq?

- Əlbəttə, bunun üçün çalışacağıq. Yaxşı bir seriya yaxalamaq istərdik. Kollektiv yaxşı oyunçulardan yığılıb. Daha yaxşı olacağımıza və qələbələri sıralayacağımıza inanıram.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti