“Yaxşı ki, sevgilim yanımdadır” – Autsayderin qapısını qoruyanan ümid verən sözlər

20:40 Müsahibə 207
“Yaxşı ki, sevgilim yanımdadır” – Autsayderin qapısını qoruyanan ümid verən sözlər

“Karvan-Yevlax”ın qapıçısı Pedro Mateuş Sportinfo.az-a müsahibə verib.

29 yaşlı portuqaliyalı komandasının “Turan Tovuz”a məğlub olduğu (0:1) qarşılaşmadan sonra sualları cavablandırıb.

- Yenə məğlub oldunuz...

- Həftəboyu keçdiyimiz məşqlər və komandadakı ab-hava 3 xala hesablanmışdı. Rəqibi təhlil etmişdik, müxtəlif gedişatların üzərində işləmişdik. Bəzən yaxşı oynadığın halda məğlub olursan. “Turan Tovuz” iddialı komanda oynasa da, rəqibdən heç də geri qalmadıq. Xüsusən ikinci hissədə təzyiqi artırdıq ki, bərabərlik qolunu vuraq. Lakin penaltidən buraxdığımız qol hesabına uduzduq. Çox üzgünük. Ancaq yenə də yaxşı günlərə ümid edirik.

- Nəyə ehtiyacınız var?

- Əlbəttə ki, şansa. Xüsusən son matçlarda bəxt bizdən üz döndərib. Rəqiblərin düşünmədiyi hallar reala çevrildiyi halda, bizim düşündüklərimiz həyata keçmir.

- Hər ötən tur ziyanınıza işləyir, əsas rəqiblərlə xal fərqi artır. Nəyə ümid edirsiniz?

- Qarşıda 14 oyun var, bu isə 42 mümkün xal deməkdir. Ona görə də ruhdan düşməyin tərəfdarı deyiləm. Üstəlik, əsas rəqiblərimizlə şəxsi görüşlərimiz olacaq. 2-3 qələbə ilə vəziyyəti xeyrimizə dəyişə bilərik. Önəmli olan özümüzə olan inamı itirməməkdir. Komanda şəklində birlik göstərsək, yaxşı nəticələr qazanacağıq. Keçmişlə yaşamaq lazım deyil, gələcəyə baxmalı və inanmalıyıq.

- Legionerlər üçün bölgədə mütəmadi yaşayaraq oyunlara hazırlaşmaq və köklənmək baxımından problem yoxdur ki? Hər halda Yevlax Bakı və ya Gəncə deyil.

- Bunu heç bir halda bəhanə göstərə bilərik. İdmançının işi meydandadır. Ona görə də harada və hansı şərtlər altında yaşamağın fərqi yoxdur. İsti otaq, məşq etmək üçün meydan, qidalanmaq üçün yemək varsa, deməli, problem yoxdur. Digər tərəfdən, əcnəbi futbolçuların əksəri Mingəçevirdə ev kirayələyib. Mingəçevir kifayət qədər sakit və gözəl şəhərdir.

- Darıxmırsan?

-Yaxşı ki, sevgilim yanımdadır. Onun Azərbaycanda olması mənə böyük köməkdir. Birlikdə vaxt keçirir, bir-birimizi darıxmağa qoymuruq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti