“Mən “Neftçi” adında komanda tanımıram” – Xalq artistindən ŞOK açıqlamalar!

20:00 Müsahibə 515
“Mən “Neftçi” adında komanda tanımıram” – Xalq artistindən ŞOK açıqlamalar!

Fevralın 5-də Şamaxıda yerli komanda ilə “Qarabağ”ın qarşılaşmasını izləyənlərin arasında xüsusi qonağın olması diqqətimizi çəkməyə bilməzdi.

Azərbaycan Respublikasının xal artisti, “Şöhrət” ordeni mükafatçısı, Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomuna sahib aktyor, teatr rejissoru İlham Namiq Kamal kimi tanıdığımız İlham Əhmədov dumanlı və şaxtalı havada baş tutan oyuna baxmaq üçün stadiona təşrif buyurmuşdu.

İlham bəyi futbol azarkeşi kimi tanısaq da, hər imkanda stadionlarda qarşılaşmırıq.

Odur ki, matç başa çatandan sonra məşhur simadan Sportinfo.-az-ın suallarını cavablandırmasını xahiş etdik, o da sağ olsun, “yox” demədən gündəm yaradacaq açıqlamalarla həmsöhbətimiz oldu.

- Bu cür şaxtalı, dumanlı havada sizi stadionda görmək xoş oldu. Şamaxıya səfərinizin xüsusi səbəbi var?

- Hamı bilir ki, dədə-babam Şamaxının Saritorpaq məhələssindəndir. Bir-iki vaxtım var idi deyə, Şamaxıya gəlmişdim. Dedilər, futbol var, mən də bu şansı əldən vermək istəmədim.

- Yəqin ki, komandalardan birinin “Qarabağ” olması da rol oynayıb.

- “Şamaxı” mənim üçün doğma komandadır. Qurban Qurbanov qardaşımın komandası da mənim üçün doğmadır. Qurban son günlər qayğılıdır. Bir söz deyim? Paxıllıq bu milləti qıracaq. Başqa heç nə demək istəmirəm

- Qurban Qurbanovun paxıllığı?

- “Qarabağ”ın paxıllığı. Bir klub sənin ölkənin, futbolunun adını dünyada şöhrətləndirirsə, ona şərait yaratmaq lazımdır. Baxın, fevral ayında “Qarabağ”ın neçə oyunu var. Sıx qrafikdə oynayacaq. Belə vəziyyətdə “Qarabağ”a kömək etmək lazımdır axı. Futbolçuların canı dəmirdən deyil, qazla, işıqla işləmirlər.

- Yeri gəlmişkən, “Qarabağ” fevralın 21-də “Neftçi” ilə oyunun başqa vaxta keçirilməsini xahiş etsə də, “ağ-qaralar” təkliflə razılaşmayıb.

- Üzr istəyirəm, bağışlayın məni, mən elə adda komanda tanımıram.

- “Qarabağ”a qarşı göstərdiyi münasibətə görə, yoxsa ümumiyyətlə?

- Belə əməl olmaz. Azərbaycanlıyıq, gərək hamı bir-birinə dost olsun, qardaş olsun. Futbolçu da insandır, istirahət etməlidir, qarşıdakı oyuna hazırlaşmalıdır. Siz məndən də yaxşı bilərsiniz, Bakıdan Nyukasla neçə saatlıq yoldur. Ümumiyyətlə, Azərbaycan xalqı bir-birinə qayğı göstərsə, paxıllıq etməsə, bütün sahələrdə inkişaf edərik. Elə incəsənətdə də.

- Dumanlı havada baş tutan oyundan zövq ala bildiniz?

- Oyunu təşkil edənlər hava şəraitini nəzərə alıb matçın keçirilməməsinə qərar verə bilərdi. Meydanda heç nə görümürdü. Şüşənin arxasında dayanıb isti çay içirdim ki, əsəbləşməyim. Bu gün futbol yox idi. Şərait yoxdursa, məcbur oynatmağın mənası nədir? Futbolçuları axtarırdım, tapa bilmirdim. Bəzən qırmızı topu görürdüm, onda da oyunçuların qırmızı butsları ilə səhv salırdım.

- Premyer Liqanın turnir cədvəli ilə maraqlanırsınız? Yəqin xəbəriniz var, “Sabah” hazırda liderdir.

- Əlbəttə, baxıram, izləyirəm. Amma 4 xallıq fərq heç nə demir.

- Azərbaycanın futbol üzrə milli komandası Ayxan Abbasova tapşırılıb. Məlum təyinata münasibətiniz necədir?

- Necə olacaq, çox yüksək münasibətlə yanaşıram. Ayxanın komandalarını izləyənlər bilir, müdafiədən hücuma çıxmağı çox yaxşı bacarır. Bu gün millimizdə buna ehtiyac var. Ayxanın özü də tərbiyəli, abırlı, yerini bilən adamdır. Ona da yığma komandada uğurlar arzu edirəm. Ümid edirəm ki, Azərbaycan millisi Ayxanın rəhbərliyi altında uğurlu nəticələr qazanacaq.

- Mövsümün sonunda azarkeşlik etdiyiniz “Şamaxı”dan ayrılması sizi qayğılandırır?

- Əlbətt, qayğılandırır. Bu cür döyüşkən komanda yaradıb, bütün rəqibləri “Şamaxı” ilə ayaqlaşmağa məcbur edir. Getməsini istəməzdim. Ümumiyyətlə, Azərbaycanda legioner məşqçilərin işləməsinə qarşıyam.

- Millidə, yoxsa klublarda?

- Hər ikisində. O qədər istedadlı məşqçilərimiz var ki, özləri işləsinlər də.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti