“Sizi inandırım, çətinlik çəkməyəcəyik” - Vernidub gəlişi ilə “Neftçi”də nələri dəyişib?

21:20 Müsahibə 166
“Sizi inandırım, çətinlik çəkməyəcəyik” - Vernidub gəlişi ilə “Neftçi”də nələri dəyişib?

“Neftçi” Premyer Liqanın 18-ci turunu parlaq qələbə ilə başa vurdu.

“Liv Bona Dea Arena”da “Araz-Naxçıvan”ın qonağı olan “ağ-qaralar” rəqibini meydana çıxmağa peşman etdi – 4:0.

Sportinfo.az-a müsahibə verən paytaxt təmsilçisinin monteneqrolu yarımmüdafiəçisi Edvin Kuç sualları cavablandırıb.

- Ab-hava necədir?

- Düşündüklərini meydanda icra edərək istədiyin nəticəni əldə edəndə, ab-hava möhtəşəm olur. Xüsusən məşqlərdə üzərində çalışdığımız ev tapşırıqlarından sonra qol vurmağımız sevindirici oldu. Bununla arxayınlaşmaq fikrimiz yoxdur. Davamını gətirmək üçün çox çalışmalıyıq.

- Bu şəkildə davam etmək mümkün olacaq?

- Belə olması üçün əlimizdən gələni edəcəyik. Sizi inandırım, bütün matçları belə oynasaq, heç bir komandaya qarşı çətinlik çəkməyəcəyik.

- “Neftçi”nin ən böyük problemi bitiriciliklə bağlı idi ki, bu da artıq həllini tapmaqdadır.

- Geriyə baxsaq, neçə oyunda üstün tərəf olub, çox sayda qol epizodları yaratmağımıza baxmayaraq, meydanı qələbəsiz tərk etmişik. Allaha sonsuz təşəkkür edirəm ki, bu gün bunu lazımınca bacardıq. Yenə deyirəm, məşqlərdə standart vəziyyətlər üzərində çalışdığımız ev tapşırıqlarını düzgün yerinə yetirməyimiz hər birimizi sevindirdi.

- Yuri Vernidub gəlişi ilə nələri dəyişib?

- Komandanın enerjisi çoxalıb sanki. Meydana ayaq basanda hər kəs nə edəcəyini bilir. Məşqlərdə hər kiçik epizodun üzərində dayanıb işləyirik. Lakin düzəltməli olduğumuz çox şey var. Zamanla onları aradan qaldırmaqla daha yaxşı olacağımıza əminəm.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti