Het-trik etdi, topu tapmadı: “O, mənə 2 qol vuracağımı demişdi, 3 yox”

19:00 Müsahibə 157
Het-trik etdi, topu tapmadı: “O, mənə 2 qol vuracağımı demişdi, 3 yox”

Gərginliyi ilə yadda qalan “Qəbələ” – “İmişli” görüşünün qəhrəmanı Domi Massumo oldu.

23 yaşlı konqolu cinah hücumçusu vurduğu 3 qolla komandasına vacib qələbə qazandırdı.

Meydan sahiblərinin 3:2 hesabı ilə qaluib gəldiyi qarşılaşmadan sonra Massumo Sportinfo.az-a müsahibə verib.

- Bu gün nə etdin sən?

- (gülür) Bu günü çoxdan gözləyirdim. Komandama fayda vermək üçün məşqlərdə çox çalışıram. Lakin bəzi anlarda məhsuldarlığı tam nümayiş etdirə bilmirdim. Bu dəfə hər şey istədiyim kimi oldu. Het-trik etdiyimə görə xoşbəxtəm.

- Oyundan əvvəl kimsə sənə 3 qol vuracağını desəydi, cavabın nə olardı?

- Matçdan bir gün öncə klubumuzun əməkdaşı mənə 2 qol vuracağımı demişdi, 3 yox.

- Kimdir həmin şəxs?

- Oyunların təhlil işləri ilə məşğul olan əməkdaşımız.

- Aktivində 6 qol var. Bombardirliyi xəyal edirsən?

- Mənim işim qol vurmaq, komandama kömək etməkdir. Qol sayına xüsusi önəm vermirəm. Buna çşempionatın sonunda bacacağam, inşallah.

- Cinah hücumçusu kimi oynamağın sanki qol vurmağını asanlaşdırır. Hücumun sivri ucunda yer alsan, bəlkə də bu qədər məhsuldar olmarsan.

- Mənim üçün hansı mövqedə oynamağın fərqi yoxdur. Əsas olan komandama kömək etməkdir. Hətta qol vurmasam belə, işgüzarlığımla faydalı ola bilərəm. Sağda, solda, hücumda – harda desələr, oynayacam.

- “Qəbələ”nin məqsədi elitadakı yerini qorumaqdır. Lakin bu gedişlə mövsümü 8-10-cu pillələrdə başa vura bilərsiniz.

- Pillənin önəmi yoxdur, məncə. Önəmli olan hədəfə çatmaqdır. Bunu bacaracağımıza inanıram.

- Het-trik edən futbolçu topu özü ilə aparır. Hanı sənin topun?

- (gülür) Topu başqa adam götürmüşdü deyə, tapa bilmədim. Problem yoxdur, gətirib mənə verəcəklər.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
31 Yanvar 17:50 "Mən bu ruhu tanıyıram"